Vladimir Semyonoviç Vısotski (; ) — Sovet şairi, aktyoru və musiqiçisi, SSRİ Dövlət mükafatı laureatı.
Həyatı Vladimir Semyonoviç Vısotski 1938-ci il yanvarın 25-də Moskvada anadan olmuşdur. Onun uşaqlığı müharibə illərinə təsadüf etmişdir. 1947-ci ildən 1949-cu ilə kimi atası və analığı ilə Almaniyada yaşamış, sonradan Moskvaya qayıdıb müəllimlər evindəki dram dərnəyinə getmişdir. Tikinti-mühəndisləri institutuna daxil olub, lakin oranı tərk edib Moskva Bədii Akademik teatrın nəzdindəki V.İ.Nemiroviç- Dançenko adına məktəb studiyasının aktyorluq şöbəsinə daxil olmuşdur.
1960-cı ildə oranı bitirib, A.S.Puşkin adına dram teatrında fəaliyyətə başlayıb. 1964-cü ildən ömrünün sonuna qədər Moskva dram və komediya teatrında işləmişdir.
Yaradıcılığı O, "Qalileyin həyatı", "Hamlet","Puqaçov", "Albalı bağı", "Cinayət və cəza" tamaşalarında baş rollarda çıxış etmişdir. Bir neçə tamaşada Vısotskinin mahnıları səslənmişdir. V.Vısotski ilk şeirlərini tələbəlik illərində yazmışdır.
İlk kitabı "Döymə" ("Tatuirovka") 1961-ci ildə çap olunmuşdur.
V.Vısotski 1959-cu ildən kinoya çəkilmişdir. 1960-cı ilin I yarısından Vısotski mahnılarını gitarada ifa etməyə başlamışdır. 1968-ci ildən Vısotskinin mahnıları mətbuatda ciddi tənqid edilmiş və SSRİ-də kitablarını bir iki mahnı və şeirindən başqa çap etdirmək mümkün olmamışdır. 70-ci illərin II yarısından başlayaraq xarici ölkələrdə konsertlərlə çıxış etmişdir. 1980-ci ilin 25 iyulunda "Hamlet" tamaşasına üç gün qalmış vəfat etmişdir. 1981-ci ildə SSRİ-də onun ilk kitabı "Əsəb"("Nerv") çap olunmuşdur.
1987-ci ildə, ölümündən sonra ona "Görüş yerini dəyişmək olmaz" filmindəki roluna görə SSRİ Dövlət mükafatı verilmişdir.
Filmoqrafiya Görüş yerini dəyişmək olmaz (film, 1979)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:SSRİ aktyorları Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:SSRİ kişi müğənniləri Kateqoriya:Rusiyanın kişi müğənniləri Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:Ürək-damar xəstəliyindən vəfat edənlər Kateqoriya:SSRİ yəhudiləri Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:SSRİ bəstəkarları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:Rus şairlər