Rzaqulu xan Məhəmmədhadi xan oğlu Hidayət () — tarixçi, şair, pedaqoq
Həyatı Rzaqulu xan 1800-cü ildə anadan olmuşdu. mükəmməl mədrəsə təhsili almışdı. Tarixçi, şair, pedaqoq kimi tanınmışdı. 1828-ci ildə Fətəli şah ona Əmirəşşüara ləqəbi vermişdi.1838-ci ildən sarayda xidmət etmiş, maarif nazirinin köməkçisi olmuşdu. 1851-ci ildən 1867-ci ilədək İranda Avropa tipli ali ümumtəhsil məktəbi olan Tehran Darülfünunun direktoru vəzifəsində çalışmışdı. O, 1871-ci ildə vəfat edib.
Əsərləri Rzaqulu xanın ədəbi irsi 50 min beytlik divandan, "Gülüstani-İrəm" (yaxud "Bektaşnamə") romantik poemasından və 6 məsnəvidən ibarətdir. Mirzə Fətəli Axundov onu məzmunsuz şeirlərinə görə tənqid edirdi.
Rzaqulu xanın əsərləri:"Rövzətüs-Səfayi-Nasiri", "Məcməül-füsəha" Хидайат, Риза-Кули-Хан. Собрание красноречивых (Маджма‘ ал-фусаха) / Сост. Музахир Мусаффа. Тегеран: Амир Кабир, б. г. Хидайат, Риза-Кули-Хан. Рийаз ал-‘арифин / Сост. Михр ‘Али Гургани. Тегеран: Махмуди, 1344/1965.
Həmçinin bax Hidayət (soy)
Xarici keçidlər Biography of Reza Qoli Khan genealogy of Hedayat family
Kateqoriya:Tarixçilər Kateqoriya:İran şairləri Kateqoriya:1800-cü ildə doğulanlar Kateqoriya:1871-ci ildə vəfat edənlər Kateqoriya:Hidayətlər Kateqoriya:Farslar Kateqoriya:Mazandaranlılar