Urvə ibn Məsud (; ) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, Taifdəki Səqif tayfasının başçısı. O, öz qəbiləsindən İslamı qəbul edən ilk şəxslərdən idi. Öz məmləkətində İslamı təbliğ edərkən qəbiləsinin bir neçə başçısını öldürmüşdür. Bioqrafiyası Taifdə yaşayırdı. Səqif tayfasının Əxləf nəslindən olmuşdur. Anası Qureyş qəbiləsindən idi. O, Ərəbistanın görkəmli simalarından idi, Xudeybiyyədə aparılan danışıqlarda Qureyşin maraqlarını təmsil edirdi. Məhəmmədlə görüşdükdən sonra dedi:

Hədisin başqa bir variantında deyir:

Əbu Süfyanın qızı Əminə və ya Meymunə ilə evlənmişdi. Onun Davud ibn Urvə adında bir oğlu var idi, o, ana tərəfdən dayısı qızı Həbib binti Ubeydullahla evlənmişdi.

"Səhih Müslim"in məcmuəsində Məhəmməd peyğəmbərin Urvə ibn Məsudun İsa peyğəmbərə oxşadığına dair sözlərindən sitat gətirilən bir hədis vardır. Məhəmməd peyğəmbər İsanı orta boylu, qırmızımtıl dərili, qıvrım saçları ilə təsvir etmişdir.

İstinadlar

Kateqoriya:Səhabələr Kateqoriya:VI əsr ərəbləri Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:Ərəb dilində sözlər və ifadələr