Vayt adası () — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012).

Coğrafiya Vayt adası Foks körfəzinin cənub-qərb küncündə yerləşir. Ada Melvill yarımadasının cənubunda, Sauthempton adasının şimalında və Vansittart adasının qərbində yerləşir. Adanın sahəsi 789 km², sahil xəttinin uzunluğu 188 km-dir. Ada Kanadanın coğrafi mərkəzindən 821 km şimal-şərqdə və Ottavadan 2338 km şimalda yerləşir.

Vayt adasının maksimal uzunluğu (şimal-qərbdən cənub-şərqə) 55 km, maksimum eni (şərqdən qərbə) 20 km-dir. Adanın qərb hissəsinin relyefi şərqdə təpəli dağlıq əraziyə çevrilən sahil ovalığı qurşağıdır, mahiyyətcə Sauthempton adasının şimal sahili boyunca uzanan alçaq Porsild dağlarının davamıdır. Vayt adasının şərq və şimal sahillərində çoxlu sayda kiçik adalar və adacıqlar vardır. Adanın səthi boyunca çoxsaylı göllər səpələnmişdir, ən böyüyü 17 km-ə qədər uzanır.

İstinadlar

Kateqoriya:Kanada adaları Kateqoriya:Kanada Arktik arxipelaqı