Firidun bəy Köçərlinin evi — Şuşa şəhərində XIX əsrdə tikilmiş yaşayış binası. Köçərli məhəlləsində yerləşir. XIX əsrin memarlıq abidəsidir. Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi Firidun bəy Köçərlinin yaşadığı ev. 1992-ci ildə Şuşa şəhəri işğala məruz qalandan sonra dağıdılmışdır.

Tarixi Firidun bəy Köçərlinin evi Şuşa şəhərində Köçərli məhəlləsində, hazırda 20 yanvar küçəsində yerləşir. Bina XIX əsrdə inşa edilib. Firidun bəy Köçərli Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisidir. Yaşayış binası 8 may 1992-ci ildə Şuşa şəhərinin işğalından sonra erməni terrorçuları tərəfindən dağıdılmışdır.

Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilmişdir.

Firidun bəy Köçərlinin evi Şuşada bərpa olunan abidələrin siyahısına daxildir.

İstinadlar

Kateqoriya:Şuşa abidələri Kateqoriya:Firidun bəy Köçərli Kateqoriya:Arran memarlıq məktəbi Kateqoriya:Şuşanın görməli yerləri Kateqoriya:Şuşadakı evlər Kateqoriya:XIX əsrdə tamamlanmış evlər