Missioner pozası — heteroseksual və ya hemoseksual cütlüklərdə partnyorlardan birinin üstdə olmaqla uzandığı üzbəüz cinsi əlaqə pozası.Missioner pozasının lüğəvi mənası . Bu poza göz kontaktına, öpüşməyə və çoxsaylı toxunuşlara imkan verən çoxyönlü cinsi əlaqə pozasıdır. Ən çox istifadə olunan cinsi əlaqə pozalarından biri sayılır. Çünki sadə və effektivdir. Ayaqları bir az dəyişmək bədənin müxtəlif yerlərini stimullaşdıra bilər. Əsasən heteroseksual fəaliyyətdə istifadə olunsa da, eynicinsiyyətli cütlüklər də tez-tez istifadə edir.
Cinsi əlaqə zamanı missioner seks pozası kişiyə çanaq zərbələrinin ritmini və dərinliyi idarə etməyə kömək edir. Bu poza hamiləliyin sonrakı dövrlərində, yaxud qadının ritm və dərinlik üzərində daha çox kontrola sahib olması arzu olunan hallarda əlverişsiz hesab olunur.
Penis qadının vaginasınaın içirisində olduğundan kişi itələmələrin gücünü, drinliyini və irtmini idarə edə bilər. Həmçinin müəyyən dərəcədə qadın partnyorun hərələtlərini də idaər edə bilər. Kişinin çəkisindən və vəziyyətindən asılı olaraq qadın ayaqlarını və qıçları ilə döşəyə söykənərək çanağını yanlara hərəkət etdirərək, həmçinin partnyournda tutunaraq və onun hərəkətlərinə uyğunlaşaraq müəyyən dərəcədə öz partnyoruna nəzarət edə bilər.Kar, Nilamadhab; Kar, Gopal Chandra (2005). Comprehensive Textbook of Sexual Medicine. Jaypee Brothers Publishers. səh. 107–108. Qadın kişinin ritminə əks hərəkət etməklə onun hərəkətlərinin intensivliyini artıra bilər.
Populyarlıq İnsanlar arasında missioner pozası ən çox istifadə olunan pozalardan biridir.Missioner mövqeyi - Cinsi Sağlamlıq Mərkəzi Bu poza ən populyar 3 pozadan biri hesab olunurhttps://www.menshealth.com - 18 Missionary Sex Positions That Put a Fun Spin on the Classic Move. İstifadə tarixi: 17.08.2025/.
Adlandırılması Populyar inanışa görə, missiojer pozası xristian missionerlər kişinin dominant olduğu bu pozanı yaymaq ilə məşğul olduqlarından bu poza belə adlandırılmışdırhttps://www.webmd.com - The Missionary Position. İstifadə tarixi: 17.08.2025. Ancaq digər bir fikir isə bu terminin Alfred Kinseyin "Kişi cinsinin seksual davranışı" (1948) əsərində qeyd olunan tarixi sənədlərinin doğru anlaşımaması və ya səhv şərh olunması nəticəsində yarandığı iddia edir və bu fikri faktoloji əsasları mövcuddur.
Növləri Missioner pozasının bir neçə növü var.
Təməl forma Bu missioner pozasında qadın arxası üstə yataqda və ya düz yerdə uzanır və ayaqlarını rahat formada aralayır. Onunla əlaqədə olan kişi özünü qadının açılmış ayaqları arasında yerləşdirir və ya özünü saxlamaq üçün qollarının istifadə edir və ya ağırlığını qadının üstünü buraxır. Qadının vaginası kifayət qdəər yağlandıqda (bunun üçün vulva və ya klitorisə barmaqla stimulmasiya etmək lazım ola bilər) kişi ereksiya olmuş penisini qadının vaginasına daxil edir. Bu zaman kişi qadının cinsiyyət dodaqlarını açmaq və penisin daha rahat daxil olması üçün barmaqlarından istifadə edə bilər.
Kəpənək pozası Kəpənək pozasında qadın çarpayı, masa və ya başqa hündür bir şeyin kənarında ombaları səthin kənarda yerləşəck formada arxasl üstə uzanr və bu zamankişi ayaqsüstə dayanaraq inunla cinsi əlaqədə olur. Nafzawi, Muhammad ibn Muhammad al, and Jim Colville (trans.). The Perfumed Garden of Sensual Delight. The Kegan Paul Arabia library, vol. 7. London: Kegan Paul, 1999.
Təhlükəsizlik Arzuolunmaz yırtıq və zədələnmələrdən qorunmaq üçün sürət və dərinliyə fikir vermək tövsiyə olunur.
Üstünlükləri və çatışmazlıqları
Tarixi Qədim Yunanıstanda missioner pozası populyar olmayan poza idi. Yataqlar var idi, ancaq indi bildiyimiz formada deyildilər. Evlənmə yaşıp qızlar üçün tez idi (təqribi 14-15 yaş). Yaş fərqi boy fərqinə səbəb olurdu. Bu amillər arxadan ayaqüstə cinsi əlaqəni daha əlverişli edirdi. Tarkovsky, Sacha. Sex in Ancient Greece Views Towards Sex Positions. Təxminən II əsrdə Artemidor yunan-roma stoikləri arasında missioner pozasıı populyarlaşdırmış və toxumun axınının bu pozada daha uyğun olduğunu əsas gətirərərk onu "yeganə düsgün və təbii" poza elan etmişdir.
İstinadlar
Kateqoriya:Seks pozaları Kateqoriya:İnsan seksuallığı