250px|thumb|150px|right|Böyük bumeranqla hücum üsulunu nümayiş etdirən aborigen avstraliyalı kişi. 1920-ci il.
Avstraliya tarixi — Avstraliya qitəsinin ərazi və xalqlarının tarixi.
Aborigen tarixi
Avstraliyanın yerli əhalisinin əcdadları Cənubi Asiyadan gəlmiş və ehtimal ki, Son Paleolitdə burada məskən salmışlar. Təbii şəraitin ağırlığı və dünyanın başqa xalqları ilə ünsiyyətin olmaması Avstraliya qəbilələrinin (XVIII əsrin sonunda burada ümumi sayı 250-300 min nəfər olan təqribən 500 tayfa var idi) inkişafını çətinləşdirirdi. XVIII əsrin sonuna yaxın bu tayfalar hələ əkinçilik və maldarlığın nə olduğunu bilmirdilər.
Müstəmləkəçilik dövrü 252x252px|thumb|Abel Tasman – Tasmaniyanı kəşf edən ilk avropalı.|left
XVIII əsrin sonundan Avstraliya Britaniya imperiyasının müstəmləkəsi olmuşdur. 1788-ci ildə burada sonradan Sidney şəhərinə çevriləcək ilk ingilis yaşayış məntəqəsinin əsası qoyulmuşdur. Əvvəllər Avstraliya sürgün yeri idi. 1868-ci ilədək buraya 155 minədək adam sürgün edilmişdi. Bunlardan bir çoxu İrlandiyadakı üsyanların iştirakçıları, çartistlər və başqaları idi. Qitənin müstəmləkəyə çevrilməsi prosesi yerli əhalinin qırılması ilə müşayiət olunmuşdur. Avstraliyada kapitalizm sürətlə inkiaf edirdi. 1830-cu illərdə ilk sənaye müəssisələri meydana gəlmişdir. 1850-ci illərin ortalarınadək Avstraliya İngiltərənin hüquqsuz "ağ müstəmləkəsi" idi. Qitədəki ingilis koloniyalarını İngiltərə hökumətinin təyin etdiyi qubernatorlar idarə edirdi. XIX əsrin ikinci yarısından sənaye, birinci növbədə yüngül, yeyinti, mədən sənayesi inkişaf etmişdir. Xaricdən kapital və ixtisaslı fəhlə axını iqtisadi inkişafı daha da sürətləndirmişdir. 1854-cü ildə Viktoriya qızıl mədənlərindəki fəhlə üsyanından sonra Birləşmiş Krallıq Avstraliyadakı koloniyalarına daxili özünüidarə hüququ vermişdir. Avstraliya fəhlə hərəkatı mütəşəkkilliyi ilə fərqlənirdi. Fəhlələrin əksəriyyəti həmkarlar ittifaqlarında birləşirdi. Müətəşəkkil fəaliyyət sayəsində 1870-ci illərdə Avstraliya fəhlələri, dünyada birinci olaraq, 8 saatlıq iş rejiminə keçilməsinə nail olmuşdur. XIX əsrin sonunda "Avropa irqinə mənsub olmayanlar"ın Avstraliyaya köçməsi qadağan edilmişdir. O vaxtdan bu irqçi siyasət bütün Avstraliya hökumətləri tərəfindən ardıcıl olaraq həyata keçirilirdi. 1900-cu ildə İngiltərə parlamenti altı koloniyanı (Yeni Cənubi Uels, Viktoriya, Kvinslend, Cənubi Avstraliya, Qərbi Avstraliya və Tasmaniya) bir federasiyada – Avstraliya İttifaqında birləşdirmək haqqında qanun qəbul etmişdir. Avstraliya İttifaqının konstitusiyası olan qanun 1 yanvar 1901-ci il tarixindən qüvvəyə minmişdir. Avstraliya İttifaqı nəticədə dominion hüququ qazanmışdır. Avstraliya İttifaqının yaranması Avstraliya millətinin yaranmasını sürətləndirmişdir.
XX əsr 200px|thumb|right|Avstraliya pulemyot dəstəsi. Papua-Yeni Qvineya. 1945-ci ilin iyunu.
Avstraliya İttifaqı Antanta tərəfində Birinci Dünya müharibəsində iştirak etmişdir. Müharibədən sonra Avstraliya İttifaqı Almaniyanın Sakit okean hövzəsində bir sıra müstəmləkəsinə yiyələnmişdir. 1929–1933-cü illər dünya iqtisadi böhranı ölkənin iqtisadiyyatını sarsıtmışdır. İşsizliyin sayı 500 minə çatmışdı. Avstraliya İttifaqına daxili və xarici siyasətdə müstəqillik hüququ verən 1931-ci il tarixli Vestminster qanunu ölkənin tarixində mühüm hadisə olmuşdur, lakin İkinci Dünya müharibəsinədək Birləşmiş Krallıq Avstraliya İttifaqının xarici siyasətinə nəzarət edir, Avstraliya İttifaqının İngiltərənin aqrar-xammal bazası olaraq qalırdı. 1939-cu ildə Avstraliya İttifaqı Nasist Almaniyasına, 1941-ci ilin dekabrında isə Yaponiyaya müharibə elan etmişdir. Avstraliya İttifaqı müharibə illərində və ondan sonra xarici siyasət sahəsində Birləşmiş Krallığın asılılığından qurtarıb müstəqil dövlət olmuşdur. 1950-ci illərdə Avstraliya İttifaqı İngiltərənin Malayyaya, ABŞ-nin Koreyaya qarşı apardıqları müharibələrdə iştirak etmişdir.
Qərbdə qüvvələr nisbətinin dəyişməsi ilə Avstraliya İttifaqı ABŞ-dən asılı olmağa başlamışdır. Avstraliya İttifaqı 1951-ci ildə ANZYUS, 1954-cü ildə isə SEATO hərbi bloklarına qoşulmuşdur. Avstraliya İttifaqqı qoşunu 1965-ci ildə ABŞ tərəfində Vyetnam müharibəsində iştirak etməyə başlamışdır. Avstraliya İttifaqı tarixində ilk dəfə 1971-ci ildə senata aborigen daxil edilmişdir.
İstinadlar
Əlavə ədəbiyyat
Barker, Anthony. What Happened When: A Chronology of Australia from 1788. Allen & Unwin. 2000. online edition Bambrick, Susan ed. The Cambridge Encyclopedia of Australia (1994) Basset, Jan The Oxford Illustrated Dictionary of Australian History (1998)
Davison, Graeme, John Hirst, and Stuart Macintyre, eds. The Oxford Companion to Australian History (2001) online at many academic libraries; Galligan, Brian, and Winsome Roberts, eds. Oxford Companion to Australian Politics (2007); online at many academic libraries
O'Shane, Pat et al. Australia: The Complete Encyclopedia (2001) Serle. Percival, ed. Dictionary of Australian Biography (1949)online edition Shaw, John, ed. Collins Australian Encyclopedia (1984) Taylor, Peter. The Atlas of Australian History (1991)
Atkinson, Alan. The Europeans in Australia: A History. Volume 2: Democracy. (2005). 440 pp. Bolton, Geoffrey. The Oxford History of Australia: Volume 5: 1942-1995. The Middle Way (2005) online Clarke, Frank G. The History of Australia (2002). online edition Day, David. Claiming a Continent: A New History of Australia (2001) Dickey, Brian. No charity there: A short history of social welfare in Australia (Routledge, 2020). Edwards, John. Curtin's Gift: Reinterpreting Australia's Greatest Prime Minister, (2005) online edition Firth, Stewart. Australia in international politics: an introduction to Australian foreign policy (Routledge, 2020). Hughes, Robert. The Fatal Shore: The Epic of Australia's Founding (1988). Irving, Terry and Connell, Raewyn. Class Structure in Australian History (1992), Longman Cheshire: Melbourne. Kelly, Paul. The End of Certainty: Power, Politics & Business in Australia (2008); originally published as The End of Certainty: The Story of the 1980s (1994) Kingston, Beverley. The Oxford History of Australia: Volume 3: 1860–1900 Glad, Confident Morning (1993) Kociumbas, Jan The Oxford History of Australia: Volume 2: 1770–1860 Possessions (1995) Macintyre, Stuart. The Oxford History of Australia: Volume 4: 1901-42, the Succeeding Age (1993) online Macintyre, Stuart. A Concise History of Australia (2nd. ed. 2009) excerpt and text search Martin, A. W. Robert Menzies: A Life (2 vol 1993–99), online at ACLS e-books McQueen, Humphrey. A New Britannia (1970) University of Queensland Press, Brisbane. Megalogenis, George. The Longest Decade (2nd ed. 2008), politics 1990–2008 Schreuder, Deryck, and Stuart Ward, eds. Australia's Empire (Oxford History of the British Empire Companion Series) (2008) excerpt and text search DOI:10.1093/acprof:oso/9780199563739.001.0001 online Taflaga, Marija. A short political history of Australia. In Peter J. Chen, et al. eds. Australian politics and policy (Sydney UP, 2019). . online Welsh, Frank. Australia: A New History of the Great Southern Land (2008) White, Richard. Inventing Australia (Routledge, 2020), historiography. Anderson, Grahame: The Merchant of the Zeehaen: Isaac Gilsemans and the Voyages of Abel Tasman. (Wellington: Te Papa Press, 2001) Ariese, Csilla: Databases of the People Aboard the VOC Ships Batavia (1629) & Zeewijk (1727): An Analysis of the Potential for Finding the Dutch Castaways' Human Remains in Australia. (Australian National Centre of Excellence for Maritime Archaeology, Department of Maritime Archaeology, Western Australian Museum, 2012) Bonke, H.: De zeven reizen van de Jonge Lieve: Biografie van een VOC-schip, 1760–1781 [The seven voyages of the Jonge Lieve: A biography of a VOC ship]. (Nijmegen: SUN, 1999) [in Dutch] [Bontekoe, Willem Ysbrandsz: Memorable Description of the East Indian Voyage, 1618–25. Translated from the Dutch by C.B. Bodde-Hodgkinson, with an introduction and notes by Pieter Geyl. (London: G. Routledge & Sons, 1929) Dash, Mike: Batavia's Graveyard: The True Story of the Mad Heretic Who Led History's Bloodiest Mutiny. (New York: Crown, 2002, ) Day, Alan: The A to Z of the Discovery and Exploration of Australia. (Scarecrow Press, 2009, ) De Vlamingh, Willem: De ontdekkingsreis van Willem Hesselsz. de Vlamingh in de jaren 1696–1697. Edited by Günter Schilder. 2 vols. "WLV," Vols. LXXVIII, LXXIX. (The Hague: Martinus Nijhoff, 1976) [in Dutch] Drake-Brockman, Henrietta: Voyage to Disaster: The Life of Francisco Pelsaert Covering His Indian Report to the Dutch East India Company and the Wreck of the Ship 'Batavia' in 1629 Off the Coast of Western Australia Together With the Full Text of His Journals, Concerning the Rescue Voyages, the Mutiny On the Abrolhos Islands and the Subsequent Trials of the Mutineers. [Translated from the Dutch by E. D. Drok]. (Sydney: Angus & Robertson, 1963) Duyker, Edward: The Dutch in Australia [Australian Ethnic Heritage series]. (Melbourne: AE Press, 1987) Duyker, Edward (ed.): The Discovery of Tasmania: Journal Extracts from the Expeditions of Abel Janszoon Tasman and Marc-Joseph Marion Dufresne 1642 & 1772. (Hobart: St David's Park Publishing/Tasmanian Government Printing Office, 1992, pp. 106) Duyker, Edward: Mirror of the Australian Navigation by Jacob Le Maire: A Facsimile of the 'Spieghel der Australische Navigatie.' Being an Account of the Voyage of Jacob Le Maire and Willem Schouten (1615–1616), published in Amsterdam in 1622. Hordern House for the Australian National Maritime Museum, Sydney, 1999, 202 pp Edwards, Hugh: Islands of Angry Ghosts: Murder, Mayhem and Mutiny: The Story of the Batavia. Originally published in 1966. (New York: William Morrow & Co., 1966; HarperCollins, 2000) Edwards, Hugh: The Wreck on the Half-Moon Reef. (Adelaide: Rigby Limited, 1970) Fitzsimons, Peter: Batavia: Betrayal, Shipwreck, Murder, Sexual Slavery, Courage: A Spine-Chilling Chapter in Australian History. (Sydney: Random House Australia, 2011) Gerritsen, Rupert; Cramer, Max; Slee, Colin: The Batavia Legacy: The Location of the First European Settlement in Australia, Hutt River, 1629. (Geraldton: Sun City Print, 2007) Godard, Philippe: The First and Last Voyage of the Batavia. (Perth: Abrolhos, 1994) Green, Jeremy N.: Treasures from the 'Vergulde Draeck' (Gilt Dragon). (Perth: Western Australian Museum, 1974) Green, Jeremy N.: The Loss of the Verenigde Oostindische Compagnie Jacht 'Vergulde Draeck', Western Australia 1656. An Historical Background and Excavation Report With an Appendix On Similar Loss of the Fluit 'Lastdrager' [2 volumes]. (Oxford: British Archaeological Reports, 1977) Green, Jeremy N.: The Loss of the Verenigde Oostindische Compagnie Retourschip 'Batavia', Western Australia, 1629. An Excavation Report and Catalogue of Artefacts. (Oxford: British Archaeological Reports, 1989) Heeres, J. E.: Het aandeel der Nederlanders in de ontdekking van Australië, 1606–1765. (Leiden: Brill, 1899) [in Dutch] Heeres, J. E.: The Part Borne by the Dutch in the Discovery of Australia, 1606–1765. (Published by the Royal Dutch Geographical Society in Commemoration of the XXVth Anniversary of Its Foundation, 1899) Heeres J. E. (ed.): Abel Janszoon Tasman's Journal of His Discovery of Van Diemens Land and New Zealand in 1642: With Documents Relating to His Exploration of Australia in 1644. (Amsterdam: Frederick Muller, 1898) Henderson, Graeme: Unfinished Voyages: Western Australian Shipwrecks, 1622–1850. (Nedlands: University of Western Australia Press, 1980) Henderson, J.: Sent Forth a Dove: The Discovery of Duyfken. (Nedlands: University of Western Australia Press, 1999, 232pp) Hiatt, Alfred; Wortham, Christopher; et al. (eds.): European Perceptions of Terra Australis. (Farnham: Ashgate, 2011) Hoving, Ab; Emke, Cor: De schepen van Abel Tasman [The Ships of Abel Tasman]. (Hilversum: Uitgeverij Verloren, 2000) [in Dutch]