Aleksi Mesxişvili və ya Vladimir Sardionoviç, Lado Mesxişvili (;) — Gürcü və rus teatr aktyoru və rejissoru, Gürcüstan SSR xalq artisti (1930, ölümündən sonra). Həyatı 250px|thumb|right|Aleksi Mesxişvili Hamlet rolunda, Aleksandr Roinaşvilinin çəkdiyi foto. Aleksi Mesxişvili 1857-ci il 16 (28) fevralda Tiflisdə həkim ailəsində anadan olmuşdur. İlk təhsilini Tiflisdə aldıqdan sonra Moskva Universitetinin tibb fakültəsinə oxumağa yollanmışdır. Lakin xəstəlik üzündən təhsilini yarımçıq qoymaq məcburiyyətində qalaraq Tiflisə qayıtdı. Tiflisdə müəllimliklə məşğul idi, rus həvəskar tamaşalarında iştirak edirdi.

Mesxişvili 1881-ci ildən Tiflis gürcü dram teatrına daxil olur. 1887-1890-cı və 1906-1910-cu illərdə Moskva İncəsənət Teatrı (1906-1907) daxil olmaqla Rusiya teatrlarında çalışmışdır. 1890-1896-cı və 1910-1914-cü illərdə Tiflis Dram Teatrının rəhbəri, 1897-1906, Kutaisi Dram Teatrının rəhbəri olub.Алекси-Месхишвили Владимир Сардионович // :ru:Театральная энциклопедия (под ред. С. С. Мокульский). — М.: Советская энциклопедия, 1961. — Т. 1. 1890-cı ildən rejissorluq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 1916-1918-ci illərdə bir neçə filmdə - "Atalar və Oğullar", "İntiqam Tanrısı" və s. rollar almışdır.

Rusiyada 1905-1907-ci illər inqilabını fəal şəkildə dəstəkləmişdir. Sosial ədalətsizliyə qarşı mübarizə ideyalarını özündə əks etdirən bir neçə tamaşa səhnələşdirmişdi. Bu tamaşalar arasında V.Montinin "Qay Qrax", Gerhart Hauptmannın "Toxucular" və s. var idi. Onlarda əsas rolları ida etmişdir. Mitinqlərdə inqilabi şeirlər oxumuş, barrikadalarda gedən döyüşlərdə iştirak etmişdir. İfa etdiyi yollar Teatr Ensiklopediyasında qeyd edildiyi kimi, "parlaq emosionallıq Aleksi Mesxişvilinin oyununda real inkişaf, rolların dərin təhlili ilə birləşmişdir".

Aleksi Mesxişvilinin oynadığı rollar arasında bir çox dərin dramatik və faciəli personajlar var. Bu rollar arasında Levan Ximşiaşvili (Eristavinin "Vətən"), Goxa ("Məkrli Tamara" Sereteli), Gayoz Pagava ("Qardaş və bacı" Guniya), Yusov ("Qazanclı yer"), Neznamov ("Günahsız günahkar" Ostrovski), Rasplyuyev ("Kreçinskinin toyu"), Frans Moor (Şekspirin "Soyğunçular"), Hamlet (Şekspirin eyni adlı faciəsi), Otello (Şekspirin eyni adlı faciəsi), Edgar ("Kral Lir"), Qay Qrax (Montinin eyni adlı tamaşası), Uriel Akosta (Qutskovun eyni adlı oyunu), Tartuffe (Molyer tərəfindən yazılmış eyni adlı tamaşa) kimi ifalar daxil idi. Qoqolun "Bir dəli gündəliyi"ni tamaşaçılar qarşısında oxuyurdu. Aleksi Mesxişvili gürcü teatr rejissorları arasında kollektivin əhəmiyyəti ilə bağlı sualı qaldıran ilk şəxs idi. Aleksi Mesxişvilinin həmçinin aktiv pedaqoji işlə də məşğul olmuşdur. Onun tələbələri arasında Gürcüstanın bir çox görkəmli teatr xadimləri vardır.

Aleksi Mesxişvili teatr yaradıcılığı dövründə müxtəlif təxəllüsləri olmuşdur. O, Vladimir Sardionoviç və Lado Mesxişvili adları ilə də məşhur olmuşdur.

Aleksi Mesxişvili Gürcüstanda çox məşhur idi. Belə ki, 1903-cü ildə Aleksi xəstələndiyi vaxt gürcü xalqı onun müalicəsi üçün Vyanaya göndərmək məqsədilə vəsait toplamışdı.Senelick, Laurence (2007), Historical Dictionary of Russian Theater, p. 11. Scarecrow Press, ISBN 0-8108-5792-8

Aleksi Mesxişvili 24 noyabr 1920-ci ildə Tiflisdə vəfat etmişdir. O, Didube panteonunda dəfn edilmişdir. Ailəsi Oğlu - Şalva Vladimiroviç Aleksi Mesxişvili (1884-1960), gürcü hüquqşünas və siyasətçi, Gürcüstan Demokratik Respublikasının ədliyyə naziri (1918-1919). Nəvəsi - Vladimir Şalvoviç Aleksi Mesxişvili (1915-1978), Sovet memarı. Xatirəsi 1930-cu ildə, ölümünün oncu ildönümündə Gürcüstan SSR xalq artisti adına layiq görüldü. 1940-cı ildə adı Kutaisi Dram Teatrına verildi. Tbilisi küçələrindən biri də Aleksi Mesxişvilinin adını daşıyır.

İstinadlar

Ədəbiyyat Бухникашвили Г., Грузинский театр в период революции 1905‒1907 гг., в сборнике: Первая русская революция и театр, Л., 1956. ბურთიკაშვილი ა., ლადო მესხიშვილი, თბ., 1962 ზურაბიშვილი ი., ოთხი პორტრეტი, თბ., 1949 ნარიმანოვი ზ., ორი სეზონი მესხიშვილთან, თბ., 1957 ფაღავა ა., ლადო მესხიშვილი, თბ., 1957 ზ. ბაბუნაშვილი, თ. ნოზაძე, «მამულიშვილთა სავანე», თბ., 1994 Kateqoriya:Gürcüstan aktyorları Kateqoriya:Gürcüstan SSR xalq artistləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsr teatr rejissorları