Manuk Xaçaturoviç Abeqyan (, ; ) — Ermənistan-sovet ədəbiyyatşünası, dilçisi.

Həyatı Manuk Xaçaturoviç Abeqyan 17 mart 1865-ci ildə İrəvan quberniyasının Təzəkənd kəndində anadan olmuşdur. "Erməni xalq eposu" (1908), "Yeni erməni ədəbi dilinin sintaksisi" (1912), "Qədim qusan xalq mahnıları" (1931), 2 cildlik "Qədim erməni ədəbiyyatı tarixi" (1944–1946) və s. əsərlərin müəllifidir. "Sasunlu David" dastanını nəşr etdirmişdir. O, 1943-cü ildən Ermənistan SSR Elmlər Akademiyasının üzvüdür. Ermənistan SSR Elmlər Akademiyası Ədəbiyyat İnstitutu Abeqyanın adınadır. O, 25 sentyabr 1944-cü ildə SSRİ respublikalarından olan Ermənistan SSR-nin paytaxtı İrəvan şəhərində vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər

Биография на сайте Энциклопедии фонда «Хайазг»

Kateqoriya:Ermənistan alimləri Kateqoriya:SSRİ dilçiləri Kateqoriya:Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:Rusiya imperiyasının tarixçiləri