Kreyser (ing. USS Indianapolis: Men of Courage USS) Mario Van Peebles tərəfindən çəkilən və Nikolas Keycin baş rolda oynadığı 2016-cı il istehsalı olan döyüş filmi. Əsas çəkilişlər Alabama ştatının Mobile şəhərində 2015-ci ilin iyun ayında başlamışdır. Filmin premyerası 24 avqustda Filippində, 1 sentyabrda ABŞ-də baş tutmuşdur.
Süjet xətti
Filmin süjeti real hadisələrə əsaslanır. İkinci Dünya müharibəsi əsnasında, ABŞ Hərbi Dəniz Qüvvələrinin Portland sinifli kreyseri Indianapolis, Xirosimanı bombalamaq üçün nəzərdə tutulan Little Boy atom bombasının vacib hissələrini Tinian adasındakı ABŞ hərbi bazasına çatdırır. 1945-ci il iyulun 30-da geri qayıdarkən gəmi Yaponiya İmperator Donanmasının I-58 tipli sualtı qayığı ilə torpedo atəşinə məruz qalır və 12 dəqiqə sonra batır. Növbəti 4 gün ərzində, kreyserin ekipajı, kömək gözləyərkən, açıq dənizdə həm köpək balıqlarının hücumlarına qarşı mübarizə aparmalı, həm də qızmar günəşin yandırıcı təsiri altında, sağ qalmaq məcburiyyətində qalırlar.
İstinadlar Kateqoriya:Yaponiya haqqında filmlər Kateqoriya:İkinci Dünya müharibəsi haqqında filmlər Kateqoriya:2016-cı ilin ABŞ filmləri Kateqoriya:Dramatik müharibə filmləri Kateqoriya:Sualtı yerlər haqqında filmlər Kateqoriya:Qeyri-yapon mədəniyyətində Yaponiya Kateqoriya:Yaponiyada çəkilən filmlər Kateqoriya:Kaliforniya haqqında filmlər Kateqoriya:San-Fransiskoda çəkilən filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Dramlar Kateqoriya:ABŞ-nin fəlakət filmləri Kateqoriya:Alabamada çəkilmiş filmlər Kateqoriya:ABŞ-nin müharibə filmləri