Əhməd-Yurt () — Çeçenistan Respublikasının Kurçaloyevski rayonu ərazisində yerləşən kənd. Axmat-Yurt kənd inzibati vahidliyinin mərkəzi.
Coğrafiyası Kənd Miçik çayının hər iki sahilində, rayon mərkəzindən 15 km şimal-şərqdə və Qroznı şəhərindən isə 52 km cənub-şərqdə yerləşir.
Ən yaxın yaşayış məntəqələri: şimalda — Oisxara kəndi və Yuxarı Noyber kəndi, şərqdə Alleroy kəndi, cənubda Qansolçu kəndi, şimal-qərbdə İlasxan-Yurt kəndi, cənub-qərbdə Ciqurtı kəndi, qərbdə Baçı-Yurt kəndi.
Tarix Qurulması Kəndin qurucusu 18-ci əsrdə Oysxara kəndini quran Sontaroyevtlərin nəslindən olan Xosa Umaxanovdur.
Qafqaz müharibəsi İmam Şamilin rəhbərliyi altında 1840-cı ildə Çeçenlərin ümumi üsyanı zamanı, Oysxara da daxil olmaqla, Kaçkalıq silsiləsinin şimal yamacında yerləşən kəndlərdə yaşayan çeçenlər, Miçik naibliyinin naibi Şuayba-mulla Sontaroyevskinin əmrinə tabe idilər.
1944-cü ildə 1944–1958-ci illərdə Çeçenlərin və İnquşların deportasiyasından və Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvindən sonra kənd Krasnoarmeyskoe adlanır və Dağıstanın Levaşi rayonundan olan insanlar tərəfindən məskunlaşdırılır. Vəziyyətə görə Xosa Umaxanov 1877-ci ilin yanvarında qurulan Çeçen Süvari Alayı sıralarına daxil olur. 12 aprel 1877-ci ildə Rus-Türk müharibəsi başlayır və Çeçen Süvari Alayı Şərq Cəbhəsinə köçürülür. Ehtiyata buraxıldıqdan sonra, bir versiyaya görə, Xosa Umaxanov Neuber kəndinin rəhbəri vəzifəsinə təyin edilir.
Xosa Umaxanovun nəsilləri aşağıdakı soyadların nümayəndələridir — Adalayevlər, Baçalovlar, Paşayevlər, Tamaqovlar, Xosayevlər.
Silahlıların Sentaroya hücumu 2005-ci ilin may ayında yaraqlılar Sentaroya silahlı hücum etməyə cəhd edirlərНападение на Центарой: подробности .::. Бабр.ру .::. Новости.
29 avqust 2010-cu ildə kəndə ikinci hücum təşkil edilir.
Adın dəyişdirilməsi 21 may 2019-cu ildə kəndin yerli sakinlərindən ibarət bir yığıncaqda Çeçenistan Respublikasının keşmiş Prezidenti Əhməd Kadırovun şərəfinə qəsəbəni Əhməd-Yurt adlandırmaq qərarına gəlinir. 12 iyul 2019-cu ildə bu qərar Çeçenistan Respublikası Parlamenti tərəfindən dəstəklənir. 27 avqust 2019-cu ildə isə qərar Rusiya Federasiyası Hökumətinin Sərəncamı ilə təsdiq edilir.
Əhali Milli tərkib 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir:
XalqSay, nəf.Ümumi əhaliyə olan nisbəti, %çeçenlər 7 092 99,68 %digərləri 23 0,32 %ümumi 7 115 100,00 %
İnfrastruktur Kənddə bir hafiz məktəbi açılmış və Əbdül-Həmid Kadırov adına məscid tikilmişdir.
Kənddə Çeçenistan Respublikasının ilk Prezidenti Əhməd Kadırov adına 1 nömrəli orta məktəb fəaliyyət göstərir.
Üstəlik 1 nömrəliМДОУЧ 'Детский сад 1 с. Центорой' , 2006002689 və 2 nömrəliМДОУЧ 'Детский сад 2 с. Центорой' , 2006002657 uşaq bağçası vardır.
İstinadlar