Axeya knyazlığı () və ya Moreya knyazlığı, həmçinin Moreya prinsipatı — 1205–1432-ci illərdə müasir Yunanıstan ərazisində mövcud olmuş səlibçi dövləti.
Dördüncü Səlib yürüşü sona çatdıqdan il sonra yaranan dövlət Fessaloniki krallığının bir vassalı olmuş, lakin 1224-cü ildə krallığımın süquta uğramasından sonra Axeya knyazları Latın imperiyasının ağalığını qəbul etmişdir.
1261-ci ildə Mixail VIII Paleoloqun qoşunları Konstantinopolu ələ keçirmişdir, nəticədə Axeya keçmiş Bizans ərazisindəki yeganə güclü səlibçi dövlət olmuşdur. Knyazlıq daha sonra Neapol krallığının vassalı olmuşdur. Daxili çaxnaşmalar səbəbindən tədricən zəifləyən knyazlıq 1432-ci ildə Moreya despotluğu tərəfindən fəth edilmişdir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Axeya knyazlığı Kateqoriya:Yunanıstan tarixi Kateqoriya:Balkan yarımadasının tarixi dövlətləri Kateqoriya:Axeya knyazları Kateqoriya:Şahzadələr siyahıları