I Şah Abbas türbəsi () — Səfəvi hökmdarı I Şah Abbasın dəfn edildiyi türbədir.

I Şah Abbas Səfəvilər dövlətin V hökmdarı olan I Şah Abbas 42 il Səfəvi dövlətini idarə etmişdir. Dövlətin özündən əvvəlki dövrlərdə itirmiş olduğu qüdrətini bərpa etmiş, Osmanlı imperiyasını, Şeybaniləri və Portuqaliyanı məğlub etmişdir.Münşi İsgəndər bəy, Dünyanı bəzəyən Abbasın tarixi, Bakı-2010, cild I, s.247 (İsgəndər bəy Türkman, Tarix-e alemaraye-Abbasi. İrəc Əfşar nəşri, I və II hissələr, Tehran, h. 1382, (m.2003) s.128) Avropada bəziləri onu "Böyük Abbas" adlandırırlar.Cleveland, William L. "A History of the Modern Middle East" (Westview Press, 2013) pg 50

1587-ci ildən 1629-cu ilə qədər hakimiyyətdə olan I Şah Abbas 1629-cu ildə Mazandaranda Xəzər dənizi sahilində tikdirdiyi Fərahabad adlanan sarayında vəfat etmiş və Kaşana aparılaraq bu türbədə dəfn edilmişdir.

Türbə I Şah Abbas bu türbədə dəfn edilmişdir. Türbə İran İslam Respublikasının Kaşan şəhərində yerləşir. Türbənin mehrabındakı yazıya görə, türbə ilk dəfə XII əsrdə tikilmişdir. Lakin Səfəvi dövləti zamanında təmir edilmiş və genişləndirilmişdir. Cənub-qərb hissədəki portikdə düzbucaqlı daş vardır. Bu daş Qafqazda düzəldilmiş və bu türbəyə gətirilmişdir.

Həmçinin bax I Şah Abbas

İstinadlar

Kateqoriya:İran türbələri Kateqoriya:Səlcuq memarlığı Kateqoriya:Səfəvilər Kateqoriya:Günbəzli dini tikililər Kateqoriya:İran məscidləri Kateqoriya:XII əsr memarlığı Kateqoriya:Elxani memarlığı