Abuqali Uzdenov (: ) ― qaraçay-balkar dastançısı, şairi, musiqiçisi.

Haqqında Abuqali Uzdenov 1897-ci ildə dağlı Jazlıq kəndində anadan olub. 30 il öz doğma kəndində yaşadıqdan sonra Sarrı düz kəndinə köçüb. Uzdenov qaraçay balkar əfsanələrinin ifaçısı və dastançı olub. Nart eposunun qaraçay-balkar nümunəsinin qorunmasında və unudulmamasında böyük rola malikdir. O, XIX əsrin sonu XX əsrin əvvəllərində fəaliyyət göstərmiş qaraçay şairləri, Kasbot Koçkarov, Appı Canıbəyovun əsəri olan mahnıları ifa edib. Xalq mahnıları və dastanlarını ifa etməkdən əlavə o həm də öz bəstələrini də ifa edirdi. Onun əsərlərindən iyirmiyə yaxını günümüzə qədər gəlib çatıb.

Həmçinin bax İssa Botaşlanı Mutay Ulbaşov İbrahim Mammeyev

İstinadlar

Xarici keçidlər Узденов А. А. Слово — словно нить / Abuqali Uzdenov — Söz sap kimidir

Kateqoriya:Uzunömürlülər