Abbasqulu ağa Bakıxanovun Ev-Muzeyi — 7 iyul 1999-cu il tarixində Amsar kəndində istifadəyə verilən Abbasqulu ağa Bakıxanovun Ev Muzeyi Azərbaycanın görkəmli, tarixi şəxsiyyəti A. A. Bakıxanovun XVIII əsrdə yaşadığı ərazidə yaradılmışdır. Ekspozisiyada A. A. Bakıxanovun dövrünü və onun həyatını əks etdirən tarixi eksponatlar nümayiş olunur.
Muzeyin yaranması Qubada, Amsar kəndi XIX əsrə aid binada – vaxtilə Bakıxanovların yaşadıqları evdə A. Bakıxanovun ev-muzeyi yaradılıb..
Muzeyin eksponatları Abbasqulu Ağa Bakıxanovun bir sıra şəxsi əşyaları burada qorunub saxlanılır. Muzeydə Abbasqulu Ağa Bakıxanovun "Gülüstan" elmi-ədəbi məclisinin eksponatlar, müəllifinin əsərlərindən ibarət kitablar toplusu, xalçalar, əlyazmalar və möhürü qorunur. Ümumilikdə isə muzeyin fondunda 300-dək eksponant saxlanılır. Muzeydə A. A. Bakıxanovun bəzi əlyazmaları, əsərlərindən ibarət kitablar toplusu və xalçalar mühafizə olunur. Ziyarətçilər burada görkəmli yazıçının şəxsi möhürünü də görə bilərlər. Bu möhür şəxsi əşyalar arasında ziyarətçilərin ən çox diqqətini çəkən eksponatdır.
Muzeydə "Gülüstan" adlı elmi-ədəbi məclisin fəaliyyətini əks etdirən bəzi sənədlər də qorunub saxlanılır.
Həmçinin bax Abbasqulu ağa Bakıxanov Quba rayonu Muzey
Xarici keçidlər A. Bakıxanovun ev-muzeyi Abbasqulu Ağa Bakıxanovun şəxsi möhürünün saxlanıldığı muzey
İstinadlar
Kateqoriya:Azərbaycandakı ev-muzeylər Kateqoriya:1999-cu ildə yaradılmış muzeylər Kateqoriya:Quba rayonundakı muzeylər