Qızıldaş — Zəngilan rayonunun ərazisində dağ. Ermənistanla sərhəddədir. Hündürlüyü 1700 m. Dağın adı qızıl (“qırmızı” mənasında) və daş sözlərindən ibarətdir. Dağ buradakı qırmızıya çalan vulkan mənşali daşa (qayaya) görə belə adlandırılmışdır. Eyniadli oronim (Qızıldaş) Ermənistanın Mehri rayonunda da mövcuddur.
İstinadlar
Kateqoriya:Zəngilan rayonunun dağları Kateqoriya:Sərhəd dağları