Drina banovinası () — 1929-1941-ci illər arasında Yuqoslaviya krallığında mövcud olmuş vilayət (banovina).

Coğrafiyası Drina banovinası krallığın mərkəzi hissəsi, müasir Bosniya və Herseqovina və Serbiya ərazisində yerləşirdi. Banovinanın bu adı burada axan Drina çayı görə verildi. Şimalda Sava və Dunay banovinaları, şərqdə Dunay və Morava, cənubda Zeta və qərbdə Sahil və Vrbas banovinaları ilə həmsərhəd idi. Banovinanın inzibati mərkəzi Sarayevo idi.

Tarixi 1939-cu ildə banovina ərazisinin bir hissəsi Xorvatiya banovinasının tərkibinə daxil oldu. 1941-ci ildə banovina ərazisi Müstəqil Xorvatiya Dövləti və Üçüncü Reyx işğalı altında olan Serbiya arasında bölündü.

Əhalisi 1931-ci ildə əhalinin dini tərkibi:

pravoslavlar — 992 294 roma katolikləri — 169 613 evangelist xristianlar — 3804 digər xristianlar — 1836 müsəlmanlar — 356 469 digərləri — 10 093

İstinadlar

Xarici keçidlər

Xəritəsi Yuqoslaviya Krallığı Konstitusiyası Kateqoriya:Serbiya tarixi Kateqoriya:Bosniya və Herseqovina tarixi Kateqoriya:Yuqoslaviya krallığının banovinaları Kateqoriya:Avropanın tarixi dövlətləri Kateqoriya:1929-cu ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Yuqoslaviya tarixi