Mia Malkova () — Amerikalı pornoaktrisa və Twitch ulduzu.

Həyatı Mia Malkova 1 iyun 1992-ci ildə Kaliforniyada anadan olub. Pornofilm sektoruna girmədən əvvəl restoranda bir müddət ofisiant işləyib. Amma burada sadəcə 200 dollar qazandığına görə dostu Nataşa Malkovanın təklifini qəbul edərək pornofilm sektoruna keçib. Ailəsi əvvəlllər bu qərarına narazı olsalar da, daha sonra onun karyerasına dəstək oldular.

Karyerası Mia Malkova pornoqrafiya film sektoruna yeniyetmə filmlərində rol alan Nataşa Malkovanın vasitəsi ilə daxil oldu. Nataşa Malkova onun məktəb dostu idi. İlk dəfə JesseLoadsMonsterFacials.com adlı sayt üçün çəkilən oral səhnədə rol alan Malkova ilk əsas müqaviləsini Elegant Angel firması ilə imzaladı. Bu müqavilədən əvvəl isə Mofos üçün bir neçə erotika filmində (seks olmayan) rol aldı. Malkovanın ilk çəkilişlərindəki B/B/G və G/G/B səhnələrindəki uğuru onun sektor daxilində tez yüksəlməsinə imkan yaratdı. Daha sonra Matrix Model şirkəti ilə müqavilə imzaladı. Malkovanın hələ də Brazzers ilə müqaviləsi qüvvədədir.

Malkova 2012-ci ilin Dekabr ayında "Twisty Treat"ı seçilmişdir. Növbəti il isə 2013-cü ilin "Twisty Treat"ı olmağa nail olmuşdur. 2014-cü ildə isə pornofilm sektorunun ən prestijili mükafatlarından biri olan "AVN Ən Yaxşı Gənc Ulduz" mükafatını qazanmışdır. 2014-cü ilin iyununda seks oyuncağı istehsalçısı Dok Conson, Malkovanın fiziki anatomiyasını əks etdirən yeni seks məhsulunun bazara çıxarılacağını bildirmişdir.

Şəxsi həyatı Malkovanın özü kimi porno sektorunda işləyən Castin Hant adında qardaşı vardır. Mia pornoaktyor Denni Maunteyn ilə 2014 və 2018 illəri arasında evli olmuşdur.

Filmoqrafiya

Filmlər İlBaşlıqRolQeydlər2018Tanrı, Seks və HəqiqətÖzüQısa film2020Zirvə

Mükafatlar və namizədliklər İlMükafatKateqoriyaİşNəticə2014AVN MükafatıƏn Yaxşı Qız Qrup Seks Səhnəsi (Gracie Glam və Raven Rockette ilə)Miyav! 3 2014AVN MükafatıƏn Yaxşı Oğlan / Qız Seks Səhnəsi (Manuel Ferrara ilə )Cuties 42014AVN MükafatıƏn Yaxşı Qız / Qız Seks Səhnəsi ( Jessie Andrews ilə )Qız əzmək 32014AVN MükafatıƏn Yaxşı Yeni StarletN / A2014AVN MükafatıƏn Yaxşı Oral Seks SəhnəsiBunu Ud 302014AVN MükafatıƏn Yaxşı Solo Seks SəhnəsiBütün Təbii Qlamur Soloları 32014AVN MükafatıƏn Yaxşı Üçlü Seks Səhnəsi — Oğlan / Oğlan / Qız ( Mick Blue və Ramón Nomar ilə )Mia2014XBIZ MükafatıƏn Yaxşı Yeni StarletN / A2014XBIZ MükafatıƏn Yaxşı Səhnə — Qeyri Bədii Buraxılış (Danny Mountain ilə)Əbədi Ehtiras2014XBIZ MükafatıƏn Yaxşı Səhnə — Bütün-Qız (Malena Morgan ilə)Birlikdə Yaşayırıq 292014XRCO MükafatıYeni StarletN / A2014XRCO MükafatıKrem YuxusuN / A2016XBIZ MükafatıƏn Yaxşı Qadın Aktrisa — Uzun FilmVaizin Kızı2019Pornhub MükafatıOral Seks Kraliçası — Ən Yaxşı Oral Seks SənətçisiN / A

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ ateistləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ erotik modelləri Kateqoriya:XXI əsr ABŞ qadınları Kateqoriya:ABŞ pornoaktrisaları