Airbus A220, həmçinin əvvəllər Bombardier CSeries (və ya C Series) kimi tanınan — Bombardier Aerospace şirkəti tərəfindən istehsal olunan, iki mühərrikli dar füzelyajlı reaktiv sərnişin təyyarələr ailəsi. 2017-ci ilin oktyabrında Airbus şirkəti tərəfindən C Series proqramının 50,01% aksiyalar paketini əldə etdi, müqavilə (razılaşma) 2018-ci ilin iyulunda tamamlandı. Bombardier Aerospace-də aksiyaların 31%, Investissement Québec-də isə - 19% qaldı. Hal-hazırda 108-130 yerlik A220-100 (əvvəllər CS100) və 130-160 yerlik A220-300 (əvvəllər CS300) təyyarə növləri ilə təmsil olunur. Tarixi İlk uçuş 2012-ci ilin ikinci yarısına planlaşdırılmışdır, lakin, sonra 2013-cü ilin iyun ayına keçirilmişdir. Nəticə etibarı ilə Bombardier CS100-ün ilk uçuşu 16 sentyabr 2013-cü ildə baş tutdu. İstismarçıya ilk çatdırılma 2014-cü ilin sonuna planlaşdırılmışdır, lakin sonra 2015-ci ilin ikinci yarısına keçirilmişdir.
18 dekabr 2015-ci ildə CS100 Transport Canada sertifikatını almış və 15 iyul 2016-cı ildən Swiss International Air Lines tərəfindən istismar olunur. 130-160 yerlik CS300 ilk uçuşu 27 fevral 2015-ci ildə baş tutub və 14 dekabr 2016-cı ildən AirBaltic tərəfindən istismar olunur.
1 iyul 2018-ci ildən, Airbus şirkəti tərəfindən C Series proqramının idarə aksiyalar paketinin alınması ilə əlaqədar olaraq, seriya Airbus A220 adlandırıldı. Analoq təyyarələr Sukhoi Superjet 100; Airbus A320neo; Boeing 737 MAX; MS-21; ТU-204SM; Comac C919. Əsas texniki göstəriciləri Airbus A220-100: CS100 CS100ER Ölçüləri Uzunluğu (m) 34,9 34,9 Qanadların kənar nöqtələri arasındakı məsafə (m) 35,1 35,1 Hündürlüyü (m) 11,5 11,5 Qanadın sahəsi (m2) 112,3 112,3 Çəkisi Uçub qalxma zamanı maksimal kütlə (kq) 54 930 58 150 Uçub enmə zamanı maksimal kütlə (kq) 50 580 50 580 Uçuş məlumatları Maksimum ağırlıq zamanı uçuş uzaqlığı (km) 4 000 5 460 Kreyser sürəti (km/saat) 870 870 Maksimum uçuş hündürlüyü (m) 12 500 12 500 Mühərriklər PW1500G, 2x9550 kqg PW1500G, 2x10600 kqg Sərnişin salonu Oturacaqların sayı (ekonom sinif) 110-125 110-125 Oturacaqların sayı (ekonom/biznes) 99-108 99-108 Oturacaqlar arası məsafə (ekonom sinif) (sm) 76-81 76-81 Salonun eni (m) 3,27 3,27 Salonun hündürlüyü (m) 2,13 2,13 Oturacaqların eni (ekonom sinif) (m) 0,48 0,48 Airbus A220-300: CS300 CS300ER Ölçüləri Uzunluğu (m) 38,0 38,0 Qanadların kənar nöqtələri arasındakı məsafə (m) 35,1 35,1 Hündürlüyü (m) 11,5 11,5 Qanadın sahəsi (m2) 112,3 112,3 Çəkisi Uçub qalxma zamanı maksimal kütlə (kq) 59 560 63 100 Uçub enmə zamanı maksimal kütlə (kq) 55 340 55 340 Uçuş məlumatları Maksimum ağırlıq zamanı uçuş uzaqlığı (km) 4 000 5 460 Kreyser sürəti (km/saat) 870 870 Maksimum uçuş hündürlüyü (m) 12 500 12 500 Mühərriklər PW1500G, 2x9550 kqg PW1500G, 2x10600 kqg Sərnişin salonu Oturacaqların sayı (ekonom sinif) 130-150 130-150 Oturacaqların sayı (ekonom/biznes) 120-130 120-130 Oturacaqlar arası məsafə (ekonom sinif) (sm) 76-81 76-81 Salonun eni (m) 3,27 3,27 Salonun hündürlüyü (m) 2,13 2,13 Oturacaqların eni (ekonom sinif) (m) 0,48 0,48 Qalereya
İstinadlar
Kateqoriya:Sərnişin təyyarələri Kateqoriya:Airbus təyyarələri Kateqoriya:İkimühərrikli reaktiv təyyarələr