Elnur Şahbaz oğlu Rzayev () — Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı.
Həyatı Elnur Rzayev 2 aprel 1980-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur. 1996–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznes üzrə menecment" ixtisası üzrə bakalavr, 2000–2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "İstehsal sistemlərinin idarəedilməsi" ixtisası üzrə magistr, 2010–2013-cü illərdə Azərbaycan Respublikasınn Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə" idarəetməsi ixtisası üzrə təhsil almışdır. 2002–2003-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
2004–2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009–2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, 2013–2015-ci illər ərzində Gəncə Asan Xidmət mərkəzinin direktoru, 2015–2019-cu illərdə isə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdırNaqif Həmzəyevin yerinə təyinat oldu — 3. dekabr 2015.
Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Ailəlidir. 3 övladı var.
İstinadlar
Kateqoriya:Gəncə Şəhər İcra Hakimiyyətinin başçılarının birinci müavinləri Kateqoriya:Xaçmaz Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Ermənistandan deportasiya olunmuş azərbaycanlılar