Xarəzm türkcəsi — türk dilinin tarixində Qaraxanlı türkcəsindən sonra gələn tarixi dönəmlərdən biridir.
Tarix Ceyhun çayının Aral gölünə töküldüyü bölgədə yerləşən Xarəzm XI əsrin əvvəllərində Qəznəvilərə bağlı bir vilayət idi. Buraya təyin edilən valilərə Xarəzmşah deyilirdi. Xarəzmşahlar sülaləsi Oğuzların Bəydili boyundan Anuş Təkin ilə başlamışdır. Anuş Təkinin oğlu Qütbəddin Məhəmməd (1097–1127), onun oğlu Atsız (1127–1156), onun oğlu El Arslan (1156–1172) Xarəzmi idarə etmişdir. El Arslan 1157-ci ildən etibarən müstəqil Xarəzm dövlətinin idarəçisi idi. 1172–1200-cü illər arasında El Arslanın oğlu Sultan Təkiş, daha sonra onun oğlu Əlaləddin Məhəmməd (1200–1220) ölkəni idarə etmişdir. Xarəzmşahlar dövlətinin varlığına Çingizilər son qoyduAhmet Bican Ercilasun, Başlangıçtan Günümüze Türk Dili Tarihi, Akçağ Yayınları, Ankara 2010, s. 369. ISBN 978-975-338-589-3 .
İslam dininin gəldiyi ilk vaxtlarda Xarəzmdə danışılan dil farsca olmaqla bərabər digər fars ləhcələrindən fərqli olan Xarəzm ləhcəsi idi. XI əsrdə başlayan Xarəzmin türkləşməsi hadisəsi XIII əsrə qədər davam etmiş və Xarəzm ilə ona bağlı olan bölgələrdə yeni yazı dilinin yaranması türkləşmədən sonra baş vermişdir. Xarəzimin türkləşməsində xüsusilə Oğuzlar və Qıpçaqlar böyük rol oynamışdır. Bundan başqa Kalaçlar, Kimekler, Bayavutlar, Kangılar və bəzi köçəri tayfalar da müəyyən rol oynamışdır. Bölgənin türkləşməsində rol oynayan bu ünsürlər bölgənin özünəməxsus ləhcəsini yaratmışlar. Bu ləhcə Qaraxanlı yazı dili bağlı və Oğuz, Qıpçaq və digər boyların ləhcələrinin qarışması ilə yaranan Xərəzm türkçəsidir.
Bu siyasi proseslərin sonunda Xarəzm türkləşdi və XII əsrdə bir mədəniyyət mərkəzinə çevrildi. Çingizlilər və Qızıl Orda dövründə də bu vəziyyət davam etdi. Qızıl Ordu dövründə (1241–1502) Xarəzm , Aşağı Seyhun boyları, İdilin Xəzərə töküldüyü yerdə olan mərkəz Saray əsas mədəniyyət mərkəzi idi. Məhz xərəzm türkçəsinə aid əsərlər bu mədəniyyət mühitində yazılmışdır .
Əlifba Qorunmuş Son Orta Başlanğıc Adı ALA-LC Hərf tərcüməsi ﺍﺎ— elif a, â a, e, â ﺀ— hemze ', a, e, i, u, ü ﺏﺐﺒﺑ be b, p bﭖﭗﭙﭘ pe p pﺕﺖﺘﺗ te t tﺙﺚﺜﺛ se s sﺝﺞﺠﺟ cim c, ç cﭺﭻﭽﭼ çim ç çﺡﺢﺤﺣ ha hﺥﺦﺨﺧ hı hﺩﺪ— dal d dﺫﺬ— zel z zﺭﺮ— re r rﺯﺰ— ze z zﮊﮋ— je j jﺱﺲﺴﺳ sin s sﺵﺶﺸﺷ şın ş şﺹﺺﺼﺻ sad sﺽﺾﻀﺿ dad ż, d, zﻁﻂﻄﻃ tı tﻅﻆﻈﻇ zı zﻉﻊﻌﻋ ayın ', hﻍﻎﻐﻏ gayın ġ g, ğﻑﻒﻔﻓ fe f fﻕﻖﻘﻗ kaf kﻙﻚﻜﻛ kef k, g, ñ k, g, ğ, nﮒﮓﮕﮔ gef¹ g g, ğﯓﯔﯖﯕ nef, sağır kef ñ nﻝﻞﻠﻟ lam l lﻡﻢﻤﻣ mim m mﻥﻦﻨﻧ nun n nﻭﻮ— vav v, w, o, ô, ö, u, û, ü v, o, ö, u, ü, ûﻩﻪﻬﻫ he h, e, a h, e, aﻻﻼ— lamelif lâ laﻯﻰﻴﻳ ye y, ı, i, î y, ı, i, î
Əsərlər Dövrün əsərlərini aşağıdakı kimi saymaq olar: Mukaddimetü'l-Edeb Kısasu'l-Enbiya Muinü'l-Mürid Hüsrev ü Şirin Məhəbbətnamə Nehcü'l-Feradis Cevahirü'l-Esdaf Cümcümenâme Miracnâme Satır-Altı Kur'an Tercümesi Qızıl Orda yarlıq və bitikləri Hilyetü'l-Lisan ve Hulbetü'l-Beyan
İstinadlar
Kateqoriya:Orta əsrlər dilləri Kateqoriya:Türk dilləri