Ardon rayonu () - Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Ardon şəhəridir. Coğrafiya Ardon rayonu respublikanın mərkəzi hissəsində, Osetiya mailli düzənliyində yerləşir. Rayonun sahəsi - 377.08 km².
Respublikanın aşağıdakı rayonları ilə həmsərhəddir: cənub-şərqdə Priqorodnı, cənubda Alagirski, qərbdə Digor, şimal-qərbdə Kirov, şərqdə isə Pravoberejnı.
Rusiya Federasiyasının və ya xarici dövlətlərin subyektləri ilə sərhədləri olmayan respublikanın yeganə daxili rayonudur.
Rayondan axan ən əhəmiyyətli çaylar: Ardon, Fiaqdon, Terek, Suadaqdon, Saudon, Dur-Dur və s.
Əhali Urbanizasiya Şəhər şəraitində rayon əhalisinin 60,88 % yaşayır.
Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir:
XalqSay, nəf.Ümumi əhaliyə olan nisbəti, %osetinlər 25 596 83,4 %ruslar 3 961 12,9 % ermənilər 325 1,1 %digərləri 803 2,6 %
Təhsil 11 orta məktəb;
18 məktəbəqədər müəssisə;
2 əlavə təhsil məktəbi;
3 orta ixtisas təhsili müəssisəsi. Mədəniyyət Şəhər Mədəniyyət Evi;
N. M. Salamov adına Mədəniyyət Sarayı (Ardon);
V. Txapsaev adlna Ardon Tarix, Mədəniyyət Muzeyi;
Ardon Xalq Təhsili Muzeyi;
2 Xalq teatrı (Ardon və Kadqaron);
Ardon rayon mədəniyyət və istirahət parkı;
Mədəniyyət evi (7 kənd yaşayış məntəqəsində).
Kitabxanalar Təhsil informasiya mənbələrinin kitabxanası;
Şəhər kitabxanası;
Mərkəzi rayon kitabxanası;
Rayon Uşaq Kitabxanası;
Kənd kitabxanaları Din Pravoslavlıq
Müqəddəs Qeorqi Pobedanos kilsəsi - Ardon şəhərində 19-cu əsrdə inşa edilmişdir. Zəng qülləsi olan böyük tək bir bina;
Müqəddəs Panteleimon kilsəsi - Ardon şəhəri;
Müqəddəs Mikayıl Arxangel kilsəsi - Kadqaron kəndi; Xüsusi Qorunan təbiət əraziləri «Bekan sərhədi» təbiət abidəsi. İqtisadiyyat Rayonda 1 avtonəqliyyat, 38 sənaye və 11 kənd təsərrüfatı müəssisəsi fəaliyyət göstərir.
Kənd təsərrüfatı Ardon ovçuluq təsərrüfatının ərazisində qırqovul üçün 3 yem bazası təşkil edilmidir. Bölgədə qızılbalıq qızılbalıq yetişdirən Ardon Qızıl Balıq Təsərrüfatı fəaliyyət göstərir. İnzibati-ərazi vahidliyi Ardon rayonunun tərkibinə daxil olan 11 kənd və 1 şəhər yaşayış məntəqəsi 9 inzibati vahidlikdə birləşir:
Ardon şəhər məntəqəsi - Ardon
Kadqaron kənd sovetliyi - Kadqaron
Kirov kənd sovetliyi - Kirov
Kosta kənd sovetliyi - Kosta
Krasnoqor kənd sovetliyi - Krasnoqor
Miçurino kənd sovetliyi - Miçurino
Nartskoe kənd sovetliyi - Nartskoe
Rasvet kənd sovetliyi - Rassvet
Fiaqdon kənd sovetliyi - Fiaqdon Mənbə Официальный сайт Ардонского муниципального района
İstinadlar
Kateqoriya:Ardon rayonu