Məmməd Abbasqulu oğlu Cəfərov () — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1964).

Həyatı Məmməd Cəfərov 1912-ci ildə Şamaxıda anadan olub. 1921–1927-ci illərdə Şamaxıdakı birinci dərəcəli məktəbdə təhsil alıb. Burada məktəbin dram dərnəyində çıxışlar edib. 1929–1932-ci illərdə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbində təhsilini davam etdirib. 1933–1940-cı illərdə Gəncə Dövlət Dram Teatrında aktyor, 1940–1941-ci illərdə Gəncə Dövlət Filarmoniyasında direktor işləyib.

1942-ci ildə müharibəyə yollanan Məmməd Cəfərov 1943-cü ildə birinci qrup kimi ordudan tərxis olunaraq Gəncəyə qayıdıb. Burada o, aktyorluqla yanaşı, 3 ildən artıq teatrın direktoru işləyib. O, 1949–1951-ci illərdə Gəncə Şəhər Mədəniyyət və İstirahət Parkının direktoru, 1951–1952-ci illərdə Gəncə kinoprokat idarəsinin rəisi, 1952–1955-ci illərdə mədəniyyət şöbəsində inspektor və müdir, 1955–1956-cı illərdə isə şəhər ictimai təminat şöbəsində müdir vəzifələrində işləyib. 1956-cı ilin ikinci yarısından yenidən Gəncə Dövlət Dram Teatrının truppasında fəaliyyət göstərib. Aktyor arada qısa müddət Sumqayıt Dövlət Dram Teatrında aktyorluq etmişdir.

Məmməd Cəfərov realist aktyor məktəbinin nümuyəndəsi olmuşdur. O, məzəli məsxərə elementlərindən, ifadəli satira ünsürlərindən istifadə etmişdir. Xarakterik tiplər yaradan aktyorun imzası bir sıra tamaşaların proqramlarında "Məmməd Cəfər" kimi yazılıb.

Məmməd Cəfərov 19 yanvar 1980-ci ildə Kirovabad (hazırkı Gəncə) şəhərində vəfat edib.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 29 iyun 1964 "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959

İfa etdiyi əsas rollar Tamaşa Müəllif Rol Lənkəran xanının vəziri Mirzə Fətəli Axundov Ağa Bəşir Şeyx Sənan Hüseyn Cavid Serqo Səyavuş Hüseyn Cavid Kosa Nəsrəddin şah Cəfər Cabbarlı Mirzə Saleh xan Od gəlini Cəfər Cabbarlı Dönməz Yaşar Cəfər Cabbarlı Əmirqulu Almaz Cəfər Cabbarlı Aftil Aydın Cəfər Cabbarlı Səlim Solğun çiçəklər Cəfər Cabbarlı Əbdül Sevil Cəfər Cabbarlı Babakişi Ölülər Cəlil Məmmədquluzadə Şeyx Əhməd Eşq və intiqam Süleyman Sani Axundov Piri baba Vaqif Səməd Vurğun Əli bəy və Vidadi Arşın mal alan Üzeyir Hacıbəyov Əsgər Cancur Səməd Jan Batist Molyer Qazı Otello Uilyam Şekspir Qratsiano Kor padşah Nazim Hikmət Kor padşah Kəllə Nazim Hikmət Sərsəri

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan aktyorları