Qüdrət Əlövsət oğlu Piriyev () — jurnalist, "Xalq qəzeti" Redaksiya Heyətinin üzvü, baş redaktorun birinci müavini,"Əməkdar mədəniyyət işçisi".
Həyatı Qüdrət Əlövsət oğlu Piriyev 1950-ci il senytabrın 19-da Ağsu rayonunun Bəyimli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1970–1972-ci illərdə ordu sıralarında xidmət edib. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində (əyani) təhsil alıb. 1978–1979-cu illərdə "Azərbaycan gəncləri", 1979–1988-ci illərdə "Bakı-Baku" qəzetləri redaksiyalarında işləyib. 1988-ci ilin aprel ayından indiyədək "Xalq qəzeti"ndə (o vaxt "Kommunist" adlanırdı) müxbir, baş müxbir, şöbə və redaksiya müdiri vəzifələrində işləyib. 2014-cü il fevralın 1-dən baş redaktorun birinci müavinidir. 27 ildir ki, fasiləsiz olaraq "Xalq qəzeti" Redaksiya Heyətinin üzvüdür. Yüzlərlə məqalənin və bir neçə kitabın müəllifi, redaktoru və tərtibçisidir. Ailəlidir. Üç oğlu və dörd nəvəsi var.
Kitablar "Ömürdən keçən günlər" Bakı, 2013; Hacı Qüdrət Piriyev, Anar Əliyev (həmmüəllif); "Ömür yolum-tale qismətim" Əlimuxtar Hüseyinzadə. Bakı-2001. Nəşrə hazırlayanı və redaktoru Qüdrət Piriyev; "Azərbaycanda stomatologiyanın tarixi və inkişaf mərhələləri", Bakı 2010, redaktor; "Baxışlar, düşüncələr, arzular" Qulamrza Səbri Təbrizi Bakı-2000 (Tərtib edəni, nəşrə hazırlayanı və elmi redaktoru);Piriyev, Qüdrət.
Mükafatları Azərbaycan Prezidenti İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.
21 iyul 2025-ci ildə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunub.
İstinadlar
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər