thumb|200px|left|Atollun kosmosdan təsviri. Kaukura () — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Ranqiroa atolundan 55 km cənub-qərbdə, Taitidən 350 km şimal-şərqdə yerləşir.

Coğrafiya Ada dairəvi formaya malikdir. Atollun uzunluğu 50 км, eni — 17 km, quru sahəsi isə 11 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 434 km²-dir.

İnzibati bölgüsü İnzibati baxımından Arutua kommunasına daxildir.

Əhali 2007-ci il məlumatına görə adada 542 nəfər yaşayır. Raitahi əsas yaşayış məntəqəsidir. Məntəqə adanın şimmal-qərbində yerləşir.

İqtisadiyyat Niutaxi kəndi yaxınlığında uçuş-eniş zolağı yerləşir. Yerli əhalinin əsas məşquliyyəti balıqçılıqdır.

Mənbə Ada haqqında informasiya

Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:Okeaniya adaları Kateqoriya:Mərcan adaları Kateqoriya:Fransa Polineziyası adaları