thumb|200px|left|Atollun kosmosdan təsviri. Ahe () — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Manihi atolundan 15 km qərbdə, Taitidən 450 km şimal-şərqdə yerləşir.
Coğrafiya Atollun uzunluğu 20 км, eni — 10 km, quru sahəsi isə 12 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 138 km²-dir. Laqun okeanla adanın qərbində yerləşən boğazla birləşir.
İnzibati bölgüsü İnzibati baxımından Manihi kommunasına daxildir.
Tarixi Ada 6 sentyabr 1839-cu ildə amerikalı Çarlz Vilks tərəfindən kəşf edilir. O, adanı Pikok () adlandırır.
Əhali 2007-ci il məlumatına görə adada 561 nəfər yaşayır. Tenukupara əsas yaşayış məntəqəsidir. Məntəqə adanın cənubunda yerləşir.
İqtisadiyyat Adada uçuş-eniş zolağı var. Yerli əhalinin əsas məşquliyyəti mirvari toplamaqdır.
Mənbə Ada haqqında informasiya
Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:Okeaniya adaları Kateqoriya:Tuamotu Kateqoriya:Mərcan adaları