Bemici () — ABŞ-nin Minnesota ştatında şəhər, Beltrami qraflığının inzibati mərkəzi. 20122016 ABŞ Siyahıyaalma Bürosunun ABŞ icma sorğusunun beşillik təxminlərinə görə, Becimici şəhərinin ümumi əhalisi 15.404 nəfərdir. Bemici şəhərində çoxlu hindilərə özəl xidmətlər, o cümlədən Hindi Səhiyyə Xidməti var. Şəhər Red-Leyk Hindu Rezervasiyası, Ağ Yer Hindu Rezervasiyası və Liç-Leyk Hindu Rezervasiyasının mərkəzidir. Bemici şəhəri Missisipi çayı sahilində salınmış ilk şəhər hesab edilir.
Etimologiya Bemici adı Ocibve dilindəki sözündən törəmişdir, "çarpazlaşan sulu bir göl" mənasını verir. Əksinə, şəhər Ocibve dilində adlanır və "göl boğazlarında" mənası verir, çünki şəhərin bir hissəsi Bemici və İrvinq göllərinin boğazları üzərində yerləşir. Bəzi mənbələr şəhərin adını Bemici rəis ilə əlaqələndirir.
İqtisadiyyat Bemici şəhərinin böyüyən bir iqtisadiyyatı var. Bu, səhiyyə və sosial yardım, pərakəndə ticarət, yerləşdirmə və qida xidməti, peşəkar, elmi və texniki xidmətlər, maliyyə və sığorta xidmətlərinə əsaslanır.
Hökumət Bemici şəhərinin hökuməti bir merdən və şuradan təşkil olunmuşdur, ən azı 5 şura uordu var.
Populyar mədəniyyətdə 2014-cü ildə debüt etmiş, baş rollarını Billi Bob Tornton və Martin Frimenin canlandırdığı "Farqo" teleserialının hadisələri əsasən Bemici və Dulut şəhərlərində cərəyan edir. Buna baxmayaraq, film Alberta ştatının Kalgeri şəhərində çəkilmişdir.
Galereya
İstinadlar
Xarici keçidlər
— 2011 Beltrami qraflığı yarmarkası zamanı.
Kateqoriya:1896-cı ildə yarananlar Kateqoriya:Minnesota şəhərləri