"Sakit uşaq" () — işarət dilində çəkilmiş Böyük Britaniya qısametrajlı bədii filmi. 2017-ci ildə Slick Films şirkətində istehsal olunmuş filmin rejissoru Kris Overtondur. Baş rolu filmin ssenari müəllifi Reyçel Şenton ifa edir. Film Oskar mükafatının 90-cı təqdimat mərasimində "Ən yaxşı qısametrajlı bədii filmə görə" nominasiyasının qalibi olub.

Məzmun Film anadangəlmə eşitmə problemi olan 4 yaşlı balaca Libbidən bəhs edir. Qızcığaz səssizlik aləmində yaşayır. Lakin gözlənilmədən onun həyatında sosial işçi peyda olur və Libbiyə əhatəsində olan insanlarla ünsiyyət qurmağı öyrədir.

Rollarda Reyçel Şenton — Coan Meyzi Slay — Libbi Reyçel Fildinq — Syu Filip York — Pol Anna Berri — Nensi Sem Ris — Sib Enni Kassell — Pip

Zəmin Film həyatda atası kar olan Şentonun şəxsi təcrübəsinə əsaslanır. Filmdə dərin eşitməzlik yaşayan uşağın obrazını kinoda ilk dəfə çəkilən 6 yaşlı Meyzi Slay ifa etmişdir. Filmdə Britaniya işarət dilindən (BSL) istifadə olunmuşdur.

Mükafatlar və nominasiyalar "Sakit uşaq" filmi 2017-ci ilin avqustunda Rod Aylend Beynəlxalq Film Festivalında "Ən yaxşı qısametrajlı film" nominasiyasının qalibi olmuşdur. Bu məqam filmin "Oskar"a yolunun açılmasında əsas rol oynadı. 2017-ci ilin dekabrında film "Oskar"ın "Ən yaxşı qısametrajlı bədii filmə görə" nominasiyasında yekun olaraq seçilmiş 10 filmin arasında yer aldı. 23 yanvar 2018-ci ildə filmin Ən yaxşı qısametrajlı bədii filmə görə "Oskar" mükafatına namizəd göstərildiyi elan edildi və sonradan mükafatın sahibi oldu. Mükafat Şentona təqdim edilərkən o öz çıxışını həm söz, həm də işarət dili üzərində qurdu. + Mükafat Təqdimetmə tarixi Nominasiya Namizəd Nəticə İst.Oskar mükafatı 4 mart 2018Ən yaxşı qısametrajlı bədii film Kris OvertonReyçel ŞentonAestetika Qısametrajlı Film Festivalı12 noyabr 2017Tamaşaçı səsverməsiKris Overton"York Yous" mükafatıKris OvertonHollivud Beynəlxalq Hərəkətli Şəkillər Film Festivalı avqust, 2017Tanıtım mükafatı: qısametrajlı dramKris OvertonTanıtım mükafatı: 18 yaşdan aşağı aktrisaMeyzi SlayLondon Müstəqil Film Mükafatıavqust, 2017Ən yaxşı aktrisaReyçel ŞentonRod Aylend Beynəlxalq Film Festivalı13 avqust 2017Ən yaxşı aktrisaMeyzi SlayMünsiflər heyətinin Qran-Pri mükafatıKris Overton

İstinadlar

Xarici keçidlər Filmin vebsaytı The Silent Child on BBC iPlayer

"Sakit uşaq" xülasəsi (Miro qəzeti)

Kateqoriya:2017-ci ilin filmləri Kateqoriya:Böyük Britaniya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Karlar haqqında filmlər Kateqoriya:Oskar mükafatı laureatları Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:2017-ci ilin ingilis dilli filmləri Kateqoriya:2010-cu illərin Böyük Britaniya filmləri Kateqoriya:İşarət dillərdə filmlər