Vay () — Siam körfəzində yerləşən 52 adadan ibarət olan arxipelaqa daxildir. İnzibati cəhətdən Tailandın Trat vilayətinə daxildir. Ko-Çanq milli parkı ərazisinə daxildir. Adanın uzunluğu 6 km, eni 1,5 km təşkil edir.
Təsviri Adanın şərq hissəsi mərcan rifləri ilə əhatələnmişdir. Bu hissədə çimərliklər vardır. Qərb hissəsi nisbətən qayalıqdır. Burada dəniz quşlayı yuva qurur. Adanın ərazisi sıx cəngəlliklərlə əhatələnmişdir.
Adada infrastruktur, maqazin, yollar yoxdurExplorekohchang.com — Koh Wai Island Guide – Bungalows, Getting to, Beaches. Hər gün materik, Çanq və Mak adaları ilə bərə əlaqəsi yaradılır. Üstəlik sürətli katerlərlə adaya getmək olarExplorekohchang.com — Getting to Koh Wai – Transfers, Speedboats, Bus, Flying to Trat Airport. Çamq adasından bura çoxlu turlar təşkil edilir. Bu səbəbdən günü aydın zamanları adada çoxlu turist müşahidə etmək olar .
İstinadlar
Kateqoriya:Tailand adaları Kateqoriya:Siam körfəzi adaları