Marcori Boulton (; ) — ingilis və esperanto dillərində yazıb-yaradan Britaniyalı yazıçı və şairə. Somervil Kollecində ingilis dili üzrə təhsil almışdır. Burada Klayv Steyplz Lyuis və Con Tolkin kimi pedaqoqlardan dərs almışdır. 2008-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd olmuşdur. 1962-1970-ci illərdə ingilis ədəbiyyatını tədris etmiş və araşdırma və yazıçılıq fəaliyyətinə başlamazdan əvvəl 24 il kollec direktoru olmuşdur. Esperantoda olduqca tanınmış yazıçıdır. Boulton ömrünün son illərində iki Esperanto təşkilatına - Kat-amikaro və ODES-ə rəhbərlik edib.

Fəaliyyəti Marcori Boulton 1960-cı ildə Routledge & Kegan Paul tərəfindən nəşr edilmiş, Lüdviq Lazar Zamenhofun avtobioqrafiyası olan "Zamenhof: Esperantonun yaradıcısı"nın müəllifidir. O, həmçinin, ədəbi tədqiqatlarda geniş istifadə olunan bir sıra təqdimat mətnləri də yazmışdır: Şeirin anatomiyası (1953), Nəsrin anatomiyası (1954), Dramın anatomiyası (1960), Dilin anatomiyası (1968), Romanın anatomiyası (1975) və Ədəbi tədqiqatların anatomiyası (1980). İlk kitabı İlklər: Şeirlər (1949) adlanırdı. Sonrakı şeir kitabları, eləcə də qısa hekayə kolleksiyaları esperanto dilində idi. Marcori Boulton 1949-cu ildə esperanto dilini öyrənmişdi. O, həmçinin Biz nə demək istəyirik (1959), Gerçək həyatda sözlər (1965) və Gerçək həyatda oxumaq əsərlərini də yazmışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:XX əsr qadın yazıçıları Kateqoriya:Britaniya bioqrafları Kateqoriya:Britaniya dramaturqları Kateqoriya:Birləşmiş Krallığın qadın yazıçıları Kateqoriya:XXI əsr dramaturqları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:Esperanto dilində yazan şairlər Kateqoriya:Esperanto dilində yazan yazıçılar Kateqoriya:XXI əsr qadın yazıçıları Kateqoriya:Bioqrafiya (janr)