Kövsər (, “şimşək”), ABŞ istehsalı olan F-5 Northrop qırıcılarının modernizasiya edilmiş versiyası. Təyyarə təkmilləşdirilmiş yanğına nəzarət sistemi ilə bərabər, yeni dördüncü nəsil avioniklər ilə təchiz edilmişdir.

Qərbin mütəxəssisləri təyyarənin döyüş qabiliyyətlərinin zəif olduğunu, lakin İran Aviasiya Sənayesi üçün təcrübə nöqteyi-nəzərindən ciddi bir irəliləyiş olduğunu bildirirlər.Iran's New Warplane Seen Limited as Weapon, Useful for Training , Michael Lipin, Farhad Pouladi at globalsecurity.org, August 25, 2018 İran Dövlət Kanalının verdiyi məlumatlara görə təyyarə inkişaf etdirilmiş “rəqəmsal məlumat şəbəkəsi” və yanğına nəzarət sistemi ilə təchiz edilmiş və “yüzdə-yüz yerli istehsaldır”. Eyni zamanda təyyarə rəqəmsal məlumat şəbəkəsi, şüşədən pilot kabinəsi, pilotun başının üstündə yerləşən ekran (HUD), ballistik kompüterlər və ağıllı mobil xəritəçəkmə sistemlərindən istifadə edir.

thumb|300px|Kövsərin açılışı thumb|300px|Kövsərin istehsal xətti

İnkişaf 3 noyabr 2018-ci ildə, İran Təyyarə İstehsalı Sənayesi Şirkətində Kövsər quraşdırma xəttinin açılışını başladan və ən azı yeddi ədədi istehsal edilmiş olan tədbir keçirilmişdir. Açılış mərasiminə birbaşa olaraq İran prezidenti olan Həsən Ruhani gəlmişdir. Müəssisə İsfahanda yerləşir və açılış mərasimi Müdafiə Sənayesi Günü münasibətilə təşkil edilmiş olan tədbirlər silsiləsinin bir parçası olmuşdur.

Açılış mərasimindən bir gün sonra İran HHQ-yə məxsus olan bir ədəd Northrop F-5 təyyarəsinin açılış günündə qəza etdiyi xəbərləri yayılmışdır, lakin qəzanın yeni yaradılmış olan model ilə əlaqədar olub-olmaması haqqında məlumat verilməmişdir.

Tənqidi

İran mətbuatı bildirirdi ki, Kövsər qırıcıları üçün baza modeli ABŞ istehsalı olan Northrop F-5 təyyarələri olmuşdur, eyni zamanda müsəlman bir millət tərəfindən hazırlanan ilk döyüş təyyarəsi olduğu üçün təyyarə dördüncü nəsil döyüş təyyarəsi mükafatına layiq görülməlidir.

İranın xaricində olan media qrumları Kövsəri F-5-in köhnəlmiş bir versiyası kimi qəbul edərək ona istehza edilmişdir. Tayvan istehsalı olan AIDC AT-3 ilə müqayisələr edilmişdir.

IISS-in hərbi aviasiya üzrə böyük zabiti olan Douglas Barrie bildirir ki, iranlılar F-5 qırıcısını baza modeli olaraq götürdükləri bu təyyarədə yeniliklər və dəyişikliklər həyata keçirmişdirlər. Ayrıca olaraq o bildirir ki, İran reaktiv mühərriki əldə edə bilməmişdir, buna görə də köhnə mühərriklərdən və elektron vasitələrdən istifadə etmişdir.

Bununla da, İran hərbi embarqolara məruz qaldığı ABŞ-dən həm də intellektual mülkiyyət oğurlamışdır.

İxracı

26 noyabr 2018-ci ildə İran Aviasiya Sənayesi Təşkilatının (IAIO) rəhbəri olan Abdoklarim Banitarafi bildirmişdir ki, İran Kövsər təyyarələrini ixrac etməyə hazırdır və bu haqda Rusiya, Çin və İndoneziya ilə danışıqlar aparılır.

Dizayn Kövsər təyyarələri də, HESA Saeqeh və HESA Azarakhsh qırıcıları kimi F-5 qırıcılarının baza modeli əsasında hazırlanmışdır.

Variantları

Kövsərin biroturacaqlı və cütoturacaqlı versiyaları istehsal edilir.

İstinadlar

Kateqoriya:Hərbi təyyarələr Kateqoriya:Hərbi texnika Kateqoriya:İran sənayesi Kateqoriya:İkimühərrikli reaktiv təyyarələr Kateqoriya:Reaktiv qırıcılar