"Ecazkar qadın 1984" () — DC Comics nəşriyyatının eyniadlı personajı əsasında çəkilmiş superqəhrəman filmi. Warner Bros. tərəfindən distribütorluq edilən film DC Genişləndirilmiş Kainatının səkkizinci filmi və 2017ci ildə çıxarılmış "Ecazkar qadın" filminin sikvelidir. Film, Ceff Cons və Petti Cenkins tərəfindən yazılmış hekayə əsasında Ceff Cons və Devid Kallaham tərəfindən işlənmiş ssenari üzrə Petti Cenkins tərəfindən çəkilmişdir. Filmdə baş rol Qal Qadot, digər rollar isə Kris Payn, Robin Rayt, Kristen Uiq, Pedro Paskal, Konni Nilsen və başqaları tərəfindən canlandırılmışdır. "Ecazkar qadın 1984" filmi, "Betmen Supermenə qarşı: Ədalətin şəfəqi", "Ecazkar qadın" və "Ədalət Liqası" filmlərindən sonra Qadotun ifasında personajın göründüyü dördüncü, sırf personaja həsr edilmiş ikinci filmdir.
2017-ci ilin iyununda "Ecazkar qadın" filminin çıxarılmasından sonra, sikvelin çəkilməsi haqqında müzakirələrə başlanılmış və bir ay sonra filmin sikvelinin istehsal ediləcəyi bildirilmişdir. Filmin əsas çəkilişlərinə 13 iyun 2018-ci ildə start verilmiş, çəkilişlər İngiltərənin Hartfordşir qraflığının Livisden ərazisindəki Warner Bros. studiyasında, ABŞ-də Vaşinqton şəhərində, Böyük Britaniyanın London şəhəri, Kembricşir qraflığının Duxford kəndi, Kanar adalarından olan Tenerife və Fuerteventura adalarında, həmçinin İspaniyanın Almeriya şəhərində və Əndəlüs vilayətində aparılmış, 22 dekabr 2018-ci ildə — altı aylıq çəkilişlərdən sonra isə tamamlanmışdır.
Warner Bros. tərəfindən "Ecazkar qadın 1984" filminin ABŞ-də RealD 3D, Dolby Cinema və IMAX 3D formatlarında 5 iyun 2020-ci ildə çıxarılacağı elan edilmişdir. İstinadlar
Kateqoriya:2020-ci ilin filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2020-ci illərin dram filmləri Kateqoriya:2020-ci illərin macəra filmləri Kateqoriya:2020-ci illərin fentezi filmləri Kateqoriya:2020-ci illərin elmi fantastika filmləri Kateqoriya:2020-ci illərin müharibə filmləri Kateqoriya:ABŞ-nin epik filmləri Kateqoriya:ABŞ-nin superqəhrəman filmləri Kateqoriya:Atlas Entertainment filmləri Kateqoriya:DC Genişləndirilmiş Kainatı filmləri Kateqoriya:DC Comics-ə əsaslanan filmlər Kateqoriya:Yunan-Roma mifologiyasına əsaslanan filmlər Kateqoriya:Petti Cenkinsin filmləri Kateqoriya:Adalar haqqında filmlər Kateqoriya:İspaniyada çəkilən filmlər Kateqoriya:Birləşmiş Krallıqda çəkilən filmlər Kateqoriya:Londonda çəkilən filmlər Kateqoriya:Vaşinqtonda çəkilən filmlər Kateqoriya:IMAX filmləri Kateqoriya:Ecazkar qadın film və televiziyada Kateqoriya:2020-ci ilin ABŞ filmləri Kateqoriya:Tenerifedə çəkilən filmlər Kateqoriya:Çin haqqında filmlər Kateqoriya:Moskva haqqında filmlər Kateqoriya:Tokio haqqında filmlər Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:ABŞ-nin döyüş-macəra filmləri Kateqoriya:İngilis dilində döyüş macəra filmləri Kateqoriya:London haqqında filmlər Kateqoriya:Uydurma ölkələr haqqında filmlər Kateqoriya:Hans Zimmerin film musiqiləri Kateqoriya:Bovingdon Studiosda çəkilən filmlər Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Dramlar Kateqoriya:2020-ci illərin ingilis dilli filmləri Kateqoriya:COVID-19 pandemiyasına görə çıxarılması təxirə salınmış filmlər Kateqoriya:Virciniyada çəkilmiş filmlər Kateqoriya:Film spin-offları Kateqoriya:Cruel and Unusual Films Kateqoriya:Zak Snayderin prodüseri olduğu filmlər