Adi külmə () — Çəkilər fəsiləsinə Külmə cinsinə aid balıq növü. Çoxlu sayda yarımnövlər əmələ gətirir.

Külmələrə Bütün Avropada, Şərqi İngiltərədən tutmuş Alpdan şimladakı ərazilərdə, Sibirin bütün göl və çaylarında, Xəzər və Aral dənizinin hövzəsində rastlamaq mümkündür. Bel nahiyəsi qaradır, mavi və zeytuni yaşıl nöqtələrə sahib olur. Böyür və qarın nahiyəsi isə gümüşü rəngdədir. Bel və quyruq üzgəci yaşıl-boz, sinə üzgəcləri sarımtıl, qarın və anal üzgəcləri isə qırmızı olur. Bununla yanaşı bəzi fərdlər sarı göz və üzgəclərə sahiblər. Pulcuqları gümüşü, üzərlərində, yan və bel nahiyələrində qırmızı nöqtələr olur.

Adətən sürülər halında zəif axın olna ərazilərdə, yosunların çox olduğu bölgələrdə dolaşırlar. Orta və kiçik balıq sürülərində tək-tük böyük fərdlər ola bilər. Kiçik və orta balıqlar çəkinçək olmurlar.

Adi külmələrin uzunluğu 50 sm, çəkiləri isə 3 kq çata bilir. Maksimal ömür müddəti 21 ildir.

Təsnifatı Adi külmələr çoxku sayda yarımnövlərə sahibdir. Onların bir qismi ancaq sirin sularda yayılmışdır: Adi külmə (R. rutilus rutilus) Sibir külməsi (R. rutilus lacustris) Şirinsu külmə yarımnövlərinə aid edilir: Taran (R. rutilus heckeli) Xəzər külməsi (R. rutilus caspicus) Aral külməsi (R. rutilus aralensis)

Bəzi təsnifatçılar yarımnövlərin bir qismini ayrıca növ kmi təsvir edir.

Mənbə Rusiyanın onurğalı heyvanları: Adi külmə Kateqoriya:Asiya balıqları Kateqoriya:Avropa balıqları Kateqoriya:Sənaye balığı Kateqoriya:Şirin su balıqları Kateqoriya:Təhlükədə olmayan növlər İstinadlar

Kateqoriya:1758-ci ildə təsvir edilən balıqlar Kateqoriya:Rusiya balıqları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Danimarka balıqları Kateqoriya:Bolqarıstan balıqları Kateqoriya:Belçika balıqları Kateqoriya:Ukrayna balıqları Kateqoriya:Rumıniya balıqları Kateqoriya:Fransa balıqları Kateqoriya:Almaniya balıqları Kateqoriya:Niderland balıqları Kateqoriya:Estoniya balıqları Kateqoriya:Çexiya balıqları Kateqoriya:Macarıstan balıqları Kateqoriya:Slovakiya balıqları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları