Elxan Ələsgərov — siyasi ekspert, politoloq, "Baku Network" ekspert şurasının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, Qarabağ müharibəsinin iştirakçısı, Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorun müavini, "Baku International Policy and Security Network" ekspert qrupunun rəhbəri.

Həyat və fəaliyyəti Elxan Ələsgərov 1955-ci il mart ayının 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Babası Ələsgər oğlu Hüseynbala məşhur Azərbaycanlı metsenatı Zeynalabdin Tagiyevin şirkətində işlər müdürü calışmışdır. O, Bakı şəhəri "bayır" hissəsində bakılılar arasında "Sonbala acıqlığı" kimi tanınan, sonralar isə "Sovetski" adlandırılan məhlənin 1886-ci ildə təməlini qoymuşdur.

5 yanvar 2021-ci ildə koronavirus infeksiyasından vəfat edib.

Təhsili Bakı şəhər 150 saylı orta məktəbi 1972-ci ildə bitirmişdir. Ali təhsilini Azərbaycan Texniki Universitetində almışdır, rabitə-mühəndisi olmuşdur. "Azon" elmi-tədqiqat institutunda və Azərbaycanın Təhlükəsizlik orqanlarında calışmışdır. Belarusiya Minsk şəhərində yerləşən "Ali məktəbin" məzunudur. 1981–1985-ci illərdə Ermənistana uzun müddətli ezamiyyətə göndərilmiş və Yerevan şəhərində yaşamışdır. 1987-ci ildə Azərbaycan Xarici ölkələrlə mədəni əlaqələr "Dostluq" Cəmiyyətində, 1988-ci ildə isə Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti – "Vətən" Cəmiyyətinin sədr müavini vəzifəsinə işləmişdir.

Fəaliyyəti Qarabağ müharibəsinin iştirakçısı, hərbi rütbəsi polkovnikdir. 2000–2015-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən xarici ölkələrə dəfələrlə uzun müddətli ezamiyyətlərə göndərilmişdi. 2000-2006-ci illərdə Türkiyənin paytaxtı Ankarada və 2008-2015-ci illərdə Niderland Krallığının Haaqa şəhərində ki AR XİN-nin səfirliklərində diplomatik xidmətdə olmuşdur.

Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorun müavini və "Baku International Policy and Security Network" ekspert qrupunun rəhbəridir. "Qafqaz Albaniyası" və "Qafqaz" Araşdırma Mərkəzlərinin təsisçisi olmuşdur. Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin və Yazıçılar Birliyinin üzvü, 2 kitab, 200 çox məqalənin müəllifidir.

"Əli və Nino" romanı "Əli və Nino" romanı haqqında Azərbaycanda aparılan ilk elmi araşdırmasına görə, ona filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdi. 200px|thumb|right|Baltika Forumu

"Baltika forumu" Elxan Ələsgərov Riqada keçirilmiş "Baltika forumunda" iştirak etmişdir. "Baltika forumu" haqqındı demişdir:

İstinadlar

Xarici keçidlər Davosda təkcə Dağlıq Qarabağın yox, həm də Ermənistanın gələcəyi həll olunurdu "Ermənistan yenidən KTMT-ni zərbə altına qoya bilər" The Baltic Forum - rəsmi saytı Politoloq Elxan Ələsgərov "Real Vaxt" verilişinin qonağı - Youtube

Kateqoriya:Azərbaycan polkovnikləri