Növün adı latınca Mirabilis sözündən götürülmüşdür, Azərbaycan dilinə tərcümə edildikdə "qəribə" adlanır. Bu bitki növlərinin gülləri əsasən günortadan sonra açır və bütöv gecəni açıq qalaraq, sübh açılana yaxın solur. Yabanı halda növlərin əksəriyyəti Amerika və Himalayda bitir. Məlum olan 60 növdən gülçülükdə dördü yayılmışdır. Yalapa mirabilisi-M.yalapa növü yaşıllaşdırmada, parkların, bağların, ofis interyerlərinin bəzədilməsində geniş istifadə edilir. Azərbaycanda 2 növü becərilir. Bu kol bitkisinin uzunluğu 1 m olub, hər zoğun yuxarı yarpaqlarının oturacağında yerləşən güllər müxtəlif rəngdə (ağ, sarı, qırmızı, çəhrayı və s.) ola bilər. Gecəçiçəyinin vətəni Amerikanın tropik bölgələridir. Bu növdən 1582-ci ildən yaşıllaşdırmada və səhiyyədə müxtəlif dərmanların hazırlanmasında geniş istifadə olunur. Gecəçiçəyinin fərqli xüxusiyyətləri kök yumrusuna oxşar kökləridir. Gecəçiçəyi çox vaxt əkin sahələrində günəşli yerlərdə yaxşı bitir. Bitkini toxum və çilik vasitəsilə əsasən yaz dövründə çoxaldırlar.

Məlumat mənbəsi Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112 Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Cənubi Amerika florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Asiya florası Kateqoriya:Niktaginkimilər Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları