Uilyam Mark Felt () — Federal Təhqiqat Bürosunun xüsusi agenti, sonradan sayca ikinci direktoru. Direktor olduğu müddətdə, "Dərin Boğaz" ləqəbi ilə, Vaşinqton Post Qəzetinin, Bob Vudvard və Karl Bernşteyn adlı iki müxbirinə gizli şəkildə, Uotergeyt qalmaqalı barədə məxfi məlumatlar ötürüb və nəticədə, 1974-cü ildə ölkəyə rəhbərlik edən, ABŞ-nin 37-ci prezidenti Riçard Niksonu istefaya məcbur edib. Bu məlumatların həqiqətən Felt tərəfindən ötürülməsi ilə bağlı ABŞ-də şübhələr yaranmasına baxmayaraq, bu sirr 30 il sonra öz sübutunu tapıb. 2005-ci ildə qızının təkidi ilə özünün "Dərin Boğaz" olduğunu mətbuata açıqlayıb.
"Dərin Boğaz" əhvalatı mətbuat və qəzet tarixinin ən yaxşı qorunan sirri olaraq qəbul olunur.
İstinadlar
Kateqoriya:İrlandəsilli amerikalılar