Qaradağ xanlığı — 1747-ci ildə yaranmış və Cənubi Azərbaycanda (indiki İran ərazisində) feodal dövlət olmuşdur. Mərkəzi Əhər şəhəri idi. Qərbdən Xoy xanlığı, şərqdən Talış xanlığı, şimaldan Naxçıvan xanlığı, Qarabağ xanlığı, Cavad xanlığı, cənubdan isə Təbriz və Ərdəbil xanlıqları ilə həmsərhəd idi.
Tarixi Qaradağlı tayfası Səfəvilərin hakimiyyətə gəlməsində fəaliyyət göstərdiyindən I Şah İsmayıldan başlayaraq Qaradağ vilayətinin idarəsinə nail ola bilmişdi. XVI əsrdən XIX əsrin əvvəllərinədək Qaradağ vilayətinin idarəsi irsi olaraq müəyyən nəsil üzrə olmuşdu. Onlar həm də ruhani səlahiyyətlərinə malik idi. XVIII yüzilin əvvəllərində Səfəvi sülaləsi zəiflədiyindən hakim Kazım xan mərkəzi hakimiyyətə tabeçilikdən çıxmış, şah Sultan Hüseynin ehtiramına layiq görülən rus A.Volınskini Əhərə qoymamışdı. Nadir mərkəzi hakimiyyətə tabe olmayan xanın gözlərini çıxartdırmışdı. Nadirin ölümündən sonra Qaradağ xanlığı müstəqilləşmiş, Kazım xan Qaradağ xanı olmuşdu.
Kazım xan XVIII yüzilin ortalarında Qarabağ, Gəncə və Naxçıvan xanları ilə birlikdə Şəki xanlığına qarşı ittifaqa qoşulmuşdu. Bu ittifaq məqsədinə nail ola bilməmişdi. Qaradağ xanı Qarabağ xanlığına, Kərim xan Zəndə (1761), sonra isə Ağa Məhəmməd Qacara (1791) tabe olmuşdu.
Qaradağ xanı Abbasqulu xan XIX yüzilin əvvəllərində Pavel Sisianova məktub yazaraq Rusiyaya sadiq qalacağını bildirmiş, lakin 1804-1813-cü illər rus-İran müharibəsində Rusiyaya qarşı çıxmışdı. Xanları Kazım xan (Məhəmmədkazım xan) (1747-1763) Mustafaqulu xan (1763-1782, 1786-1791) İsmayıl xan (1782-1783, 1791-1797) Nəcəfqulu xan (1783-1786) Abbasqulu xan (1797-1813) Məhəmmədqulu xan (1813-1828)
Hakimləri Xanlığın hakim ailəsi Ustaclı türkmanlarının Toxmaqlı oymağına mənsub idi. I Şah Təhmasib tərəfindən Qaradağın irsi hakimləri kimi tanıdıqları Qızılbaş iyerarxiyasında 8-ci yeri tutdular,I. P. Petrushevsky, Essays on the history of feudal relations in Azerbaijan and Armenia in the 16th - early 19th centuries, Leningrad State University, 1949 onların ən qədim tanınmış əcdadı Sivasda anadan olmuş İlyas Xəlifə idi.
1. I İlyas xəlifə 1500—? 2. Maqsud sultan Kəngərli 1589—? 3. I Şəmsəddin xəlifə ?—1603 4. II İlyas xəlifə 1603—1610 5. Bürhanəddin xəlifə 1611—? 6. II Şəmsəddin xəlifə 7. Əhməd xəlifə 8. Mahmud sultan 9. Bayandur sultan 1701—? 10. Məhəmmədqasım xan ?—1721 11. Əbdürrəzzaq xan1721—172912. Kazım xan Qaradağlı1730—1763 13. Mustafaqulu xan Qaradağlı 1763—1782,1786—179114. İsmayıl xan Qaradağlı1782—1783,1791—179715. Nəcəfqulu xan Qaradağlı 1783—178616. Abbasqulu xan Qaradağlı 1797—181317. Məhəmmədqulu xan Qaradağlı 1813—1828 18. Həsənliağa xan ?—1847 19. Həsənəli xan Qaradağlı 1848—1929 20. Məhəmmədhüseyn xan Qaradağlı?—1891 21. Sadatqulu xan Qaradağlı 22. Fazil xan Qaradağlı 1783—1786
Mənbə
CƏNUBİ AZƏRBAYCAN XANLIQLARI Azərbaycan xanlıqları https://web.archive.org/web/20020621224554/http://www.almanach.be/search/i/iran_garadag.html Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh. Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh. Ənvər Çingizoğlu, Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
İstinadlar
Həmçinin bax Azərbaycan xanlıqları
Xarici keçidlər "Qaradağ xanlığı" kitabı nəşr olunub
Kateqoriya:Qaradağ xanlığı Kateqoriya:1747-ci ildə yarananlar Kateqoriya:XVIII əsr tarixi Kateqoriya:Azərbaycan tarixi Kateqoriya:İran tarixi Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Azərbaycanlı sülalələr