Ərdəbil xanlığı — XVIII əsrin 40-cı illəri — XIX əsrin əvvəllərində Cənubi Azərbaycan ərazisində (indiki İran) mövcud olmuş xanlıq. Ərazisi Talış, Qaradağ, Təbriz, Marağa və Gilan xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Ərdəbil şəhəri idi.

Tarixi XVIII əsrin ortalarında yaranmış xanlıqlardan biri də Ərdəbil xanlığı olmuşdur. Talış, Qaradağ, Qarabağ, Sərab və Gilan xanlıqları ilə həmsərhəd olan xanlığın mərkəzi Ərdəbil idi. Xanlığın əsasənı Şahsevən tayfasından olan Bədir xan qoymuş və dövləti siyasi cəhətcə möhkəmləndirmişdi. Xanlığı feodal əyanlarından ibarət divanxana idarə edirdi. Mahallarda idarəçilik işləri bəylər, naiblər, kəndlərdə kəndxudalar tərəfindən aparılırdı. Xanlığın 3 min nəfərlik daimi qoşunu var idi. Bədir xanın oğlu Nəzərəli xan Şahsevənın dövründə (1747–1783) zəndlər və qacarlarla münasibət kəskinləşmişdi. Nəzərəli xan Şahsevən nikah diplomatiyası vasitəsilə qarabağlı İbrahim xanla dostluq əlaqələri yaratmişdi. Talış xanlığı ilə də mehriban qonşuluq münasibətində idi.

Qubalı Fətəli xan 1784-cü ilin mayında hücum edərək Ərdəbili və Meşkini tutdu. Bu hadisə Fətəli xanın düşmənlərinin, xüsusilə, Rusiyanın narazılığına səbəb oldu. Ona görə də Fətəli xan Ərdəbili tərk etməli oldu.

250px|thumb|right| Qubalı Fətəli xanın Həsən xan Muğanlı ilə Ərdəbil xanlığına yürüşü. may 1784-cü il

Nəzərəli xanla şərik hakimiyyətə malik olan Nəsir xanın (1763–1808) dövründə, 1797-ci ildən etibarən xanlıq müstəqilliyini itirərək Qacarlardan asılı vəziyyətə düşmüşdü. Xanlığın fəaliyyətinə 1808-ci ildə Qacarlar sülaləsi tərəfindən son qoyulmuşdu.

Hakimləri

Sıra Xan Hakimiyyət illəri Haqqında1Bədir xan Şahsevən1736–1757Şahsevənlərin ən böyük başçısı kimi2Nəzərəli xan ŞahsevənHəsən xan Muğanlı1757–1792may 1784-fevral 1785Bədir xan Şahsevənin oğludur.Qubalı Fətəli xan vassalları ilə Ərdəbili tutduqdan sonra Həsən xanı Ərdəbilə hakim təyin etmişdi.3Nəsir xan Şahsevən 1792–1797Nəzərəli xan Şahsevənin oğludur.5II Nəzərəli xan Şahsevən1797–1808Nəsir xan Şahsevənin oğludur.

Həmçinin bax Azərbaycan xanlıqları

Mənbə CƏNUBİ AZƏRBAYCAN XANLIQLARI Azərbaycan xanlıqları Ənvər Çingizoğlu. Ərdəbil xanlığı. Bakı,2014

Kateqoriya:1747-ci ildə yarananlar Kateqoriya:XVIII əsr tarixi Kateqoriya:Azərbaycan tarixi Kateqoriya:İran tarixi Kateqoriya:Azərbaycanlı sülalələr