Atlantik Pireney (, keçmiş Basses-Pyrénées — Aşağı Pireney, , ) — Fransanın cənub-qərbində yerləşən, Yeni Akvitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 64. İnzibati mərkəzi — Po, ən böyük şəhərləri Bayonna, Biarrits, Anqlet. Əhali - 674 908 nəfər (departamentlər arasında 36-cı yer, 2010-cu ilin məlumatları). Coğrafiyası Ərazisi — 7645 km². Pireney dağının dağlıq ərazisində yerləşən departament Atlantik okeanına qərbdə daxil olur. Departamentin ərazisində Adur, Bidassoa, Nivel, Uabia və digər çaylar axır.
Departamentə 3 rayon, 52 kanton və 547 kommun daxildir. İspaniya ilə sərhəddə ən cənubi Fransa şəhəri - Anday. Tarix Atlantik Pireney — 1790-cı ilin mart ayında yaradılan İdarəetmə Reformu dövründə, tarixi əyalətləri məhv edən ilk 83 departamentdən biridir. Departament Lapurdi və Şimali Bask ölkəsinin digər tarixi rayonlarında olan Guyenne, Gascon və Béarn keçmiş əyalətində yerləşir. 1969-cu ilin oktyabr ayında Aşağı Pireney Atlantik Pireney adlandırıldı.
Qalereya
İstinadlar
Xarici keçidlər General Council website Archives of the Pyrenees-Atlantiques department website Photography Panoramics 360° website Prefecture official website Pyrenees-Atlantiques Monuments, Villages, Walks and Attractions Information on living, working and visiting Pyrenees Atlantiques
Kateqoriya:Fransa departamentləri Kateqoriya:Atlantik Pireney