Yuxarı Pireney (, ) — Fransanın cənub-qərbində yerləşən, Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 65. İnzibati mərkəzi — Tarb. Əhalisi — 237 945 nəfər (departamentlər arasında 84-ci yer, 2010-cu ilin məlumatları).

Coğrafiyası Sahəsi — 4464 km². Əsasən dağlıq ərazidir.

Departamentə 3 rayon, 34 kanton və 474 kommun daxildir.

Tarixi Yuxarı Pireney — 1790-cı ilin mart ayında yaradılmış ilk 83 departamentdən biridir. Keçmiş Qiyen əyalətinin ərazisində yerləşir. Tarixi olaraq bu torpaqlar Bigorra vilayətinin bir hissəsi idi, sonra isə Qaskonun bir hissəsi oldu. XVI əsrdə Navarra krallığının bir hissəsi idi, IV Qenrix sayəsində Fransaya daxil edilmişdir.

Qalereya

Xarici keçidlər Préfecture Département de Hautes-Pyrénées : Les Comptes des Communes et des groupements à fiscalité propre : Données Individuelles Budget principal seul - Données consolidées "Budget principal et budgets annexes" Conseil départemental Actualité spectacle et tourisme en Hautes-Pyrénées Tourisme dans les Hautes-Pyrénées

İstinadlar

Kateqoriya:Fransa departamentləri