Acnan Türk — 1728-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin Qapan livası tərkibində nahiyə; Qarabağ xanlığının mahallarından biri.

Mahal 9 kənddən ibarət idi və cəmi 67 (42-i vergiödəyən, 25-i ödəməyən) ailəyə malik idi. Mahalda müsəlmanların və qeyri-müsəlmanların sayı demək olar ki, bərabər idi. Bu sırf türk soylu mahalda xristianların sayının azərbaycanlılara bərabər olması yəqin ki, mahalda azərbaycanlıların xeyli hissəsinin birinci Rusiya-Qacar müharibəsi zamam Qacarlara və Osmanlılara sığınması ilə bağlı idi. Eyni zamanda, ən böyük xristian (13 ailədən ibarət) Noraşenik kəndinin adı bu kənddə yaşayan ermənilərin Qarabağa gəlmə olduqlarına işarədir.

İstinadlar

Həmçinin bax Qarabağ xanlığı

Kateqoriya:Qarabağ xanlığının mahalları