Qərənfil Quliyeva () — əməkdar jurnalist, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, hal-hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosentidir.

Həyatı 1989-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Dövrü mətbuatda ilk çıxış 1974-cü ildə olub, 1984-cü ildən isə müntəzəm çap olur. 1990-1998-ci illərdə “Ədalət” qəzetinin müxbiri işləmişəm. 1998-ci ildə BDU-ya dissertant təyin edilmişdir. 2005-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün jurnalistikası (1918-1920-ci illər)” mövzusunda dissertasiya işi müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2012-ci ildən Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının elmlər doktoru proqramı üzrə dissertantıdır. “Azərbaycan mətbuatşünaslığının təşəkkülü və formalaşması (1900-2000)” adlı mövzu ilə bağlı 1 monoqrafiya, 3 kitab, 2 tədris proqramı və 22 elmi məqalə (onlardan 3-ü xaricdə, o cümlədən biri Tomson Reyter tərəfindən indekslənən jurnalda) çap edilib. Bütövlükdə 6 kitabın, 40 elmi məqalənin, 500-dən çox bədii-publisistik məqalənin müəllifidir. Hazırda “Kaspi”, “Ədalət” qəzetlərində və “İşıq”, “Füyuzat” jurnallarında məqalələri daima çap edilir.

BDU-nun Jurnalistika fakültəsi Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının dosent Qərənfil Quliyeva İyulun 10-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli 1205 saylı sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” yubiley medalı ilə təltif edilmişdir.

Publisistika tarixi Seçilmiş məqalələri

Azərbaycan Xalq Cümhuriyyəti dövründə jurnalistika ( 1918-1920-ci illər). BDU-nun Xəbərlər toplusu. Bakı, 2008 Milli tərəqqi naminə. BDU-nun Xəbərlər toplusu.B., 2007 "Bəsirat" qəzeti haqqında. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun "Filologiya məsələləri" jurnalı. Bakı, 2007 Mətnşünas alim. AMEA. "Filologiya məsələləri", Bakı, 2013 Ədəbiyyatşünas və mətbuatşünas alim. BDU, "Dil və ədəbiyyat" Beynəlxalq elmi-nəzəri jurnal, Bakı, 2013 Mətbuatşünaslıq tariximizdən. BDU-nun xəbərləri. Humanitar elmlər seriyası, Bakı, 2015 Azərbaycan mühacirət mətbuatının yorulmaz tədqiqatçısı. Abid tahirlinin biblioqrafik göstəricisi kitabında məqalə. Bakı, 2015 Mətbuatşünaslıq tariximizdən.( M.B.Məhəmmədzadənin tədqiqatları əsasında). AMEA N.Gəncəvi adına Ədəbiyyat institutunun "Ədəbiyyat" məcmuəsi, Bakı, 2015 Mətbuatşünasılq tariximizin problemləri. T. Şevçenko adına Kiyev Milli Universiteti, "Dil və mədəniyyət" elmi jurnalı, Bakı, 2015 Vətənin və millətin şəhid şairi. "Füyuzat" ədəbi, siyasi, ictimai jurnal, Bakı, 2015 Dahinin istəyi, qələmin qüdrəti. Elmi-publisistik məqalələr toplusu. Bakı, 2015 Sovet dövrü tədqiqatlarda mətbuatşünaslığın metodoloji prinsipləri. BDU-nun Xəbərləri. Humanitar elmlər seriyası. Bakı, № 3, 2016 1920-1930-cu illər sovet dövrü mətbuatşünaslığı. “Müasir medianın yaradıcılıq prinsiplərini milli mətbuata tətbiqi yolları” beynəlxalq elmi-nəzəri konfransın materialları, Bakı. 2017 Mətbuatşünaslıq tariximizdən. AMEA-nın Ədəbiyyat İnsti­tutunun “Ədəbiy­yar” məcmuəsi. Elm və təhsil”, Bakı, “2017 Nəsil davamı olmasa da amal davamçıları var. “Fü­yuzat”. №4 (96). Bakı, 2017 The formation of Azerbaijani press studies. Milton Studies. Journal of the literary theory. Volume 60, 2. E-ISSN 2330-796X. USA, 2017

Kitablar “Mənim tənha söyüdüm”. Bakı, 1998 “Düyünlər”. Bakı, 2003 Düyünlər. Bədii publisistik əsər. Bakı, 2004 Cümhuriyyət dövrü Azərbaycan mətbuatı (1918-1920-ci illər). Bakı, 2005 “Cümhuriyyət dövrü Azərbaycan mətbuatı (1918-1920-ci illər)” I hissə. ADPU- nəşriyyatı. Bakı, 118 səh., 2005 “Cümhuriyyət dövrü Azərbaycan mətbuatı (1918-1920-ci illər)” II hissə “Elm”. Bakı, 215 səh., 2011 “Milli tərəqqiyə doğru” ADPU-nəşr. Bakı, 322 səh., 2013 “Mətbuat-nicat yolu” ADPU-nəşr. Bakı, 291 səh., 2013

Proqramlar “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuatı 1918-1920-ci illər. Bakalavr hazırlığı üçün. Bakı, BDU nəşriyyatı. 2008 “Klassik publisistika və müasirlik”. Magistir hazırlığı üçün. Bakı, BDU nəşriyyatı. 2010 “Füyuzat jurnalistikası” Bakalavr hazırlığı üçün. Bakı, BDUnəşriyyatı. 2014 “Azərbaycan jurnalistikasının tədqiqi məsələləri” Bakalavr hazırlığı üçün. Bakı, BDU nəşriyyatı. 2014

Həmçinin bax Azərbaycan Respublikasının əməkdar jurnalistlərinin siyahısı İstinadlar 2.http://journalism.bsu.edu.az/az/news/jurnalistika_fakltsinin_mllimlri_cmhuriyyt_medal_il_tltif_olunublar