Adi sincab () — Gəmiricilər dəstəsinin cinsinə aid heyvan növü.

Sincablar daha çox Avropa qitəsindəki meşələrdə yaşayırlar. Boyları 25 sm. olur. Bədənlərinin arxasında, az qala öz boyları qədər uzun, yuxarıya doğru dayanan, geniş və gur tüklərdən ibarət quyruqları olur. Sincab bu uzun quyruğu sayəsində tarazlığı pozulmadan ağacdan ağaca atlayır.

Kiçik iti dırnaqları sayəsində ağaclara dırmaşa bilən sincab budağın üstündə qaça, baş aşağı yellənə və o şəkildə irəliləyə bilər. Xüsusilə, boz sincablar bir ağacın ən ucdakı budağından 4 metr uzaqdakı bir başqa ağacın budağına rahatlıqla atlaya bilirlər. Havada uçarkən qollarını və qıçlarını açaraq sanki bir paraşüt kimi hərəkət edirlər. Bu zaman yastılaşan quyruqları isə həm tarazlıqlarını təmin edir, həm də istiqamətlərini nizamlayan bir sükan funksiyası yerinə yetirir. Hətta özlərini 9 metr yüksəklikdən boşluğa atıb dörd ayaq üzərində yerə yumşaq eniş edə bilirlər.

İstinadlar

Kateqoriya:Gəmiricilər Kateqoriya:Sincabkimilər Kateqoriya:Türkiyə məməliləri Kateqoriya:Azərbaycan məməliləri Kateqoriya:1758-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Asiya faunası Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları