Aşağıdakı siyahıda memar və mülki mühəndis İohann Edelin əsərləri göstərilmişdir. Edel 1863-cü ildə Çerniqov quberniyasının Borznyan qəzasındakı Bilovaç koloniyasında alman ailəsində doğulmuşdur. Moskva Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq Kollecində təhsil aldığı dövrdə onun layihəsi əsasında Bakıda onun layihəsi əsasında yüvangelik-lüteran kilsəsi tabeliyində məktəbin binası inşa edilir. Təhsilini başa vurduqdan sonra İohann da atası və əmisinin işlədiyi Bakı şəhərinə köçür. 1888-ci ildən Edel Madam Sofi Valdenin şəxsi mülkündə təşkil edilmiş Mariinski qız gimnaziyasında tədris etməyə başlayır.

Memarın müəllifi olduğu binalardan altısı dövrümüzə çatmamışdır. Onlardan ikisi hələ memarın özünün sağlığında sökülmüş Müqəddəs Varfolomey və Rəbbin çevrilməsi kilsələridir. Digər üç abidə isə 2010-cu illərdə Mərkəzi parkın inşası zamanı sökülmüş Mirzə Ağa Əliyev küçəsi 126 ünvanında yerləşən iki mərtəbəli yaşayış binası, Füzuli küçəsi 33 ünvanında yerləşən Rzayevin üç mərtəbəli evi və Çingiz Mustafayev küçəsi 89 ünvanında yerləşən iki mərtəbəli ev olmuşdur. Lev Tolstoy küçəsi, 128 ünvanında yerləşən iki mərtəbəli bina isə 2000-ci illərdə sökülmüş və yerində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Siyahıda sökülmüş binalar qırmızı fonda göstərilmişdir. Memarın müəllifi olduğu, lakin bədii və memarlıq əhəmiyyəti daşımayan taxta tikililər (Bakı qalası yaxınlığında ticarət sıraları, Balaxanıda Müqəddəs Makariya kilsəsi yaxınlığında, kilsənin inşasından əvvəl quraşdırılmış müvəqqəti taxta kilsə) siyahıda göstərilməmişdir.

Siyahı İctimai binalar № Bina Ünvan Qısa təsvir Şəkil Koordinantları1 Müqəddəs Varfolomey kilsəsi 17px| Bakı, Asəf Zeynallı küçəsi 67 1892-ci ildə İçərişəhərdəki Asəf Zeynallı küçəsində İ. Edelin layihəsi əsasında 1818-ci ildə Müqəddəs Varfolomeyin b.e. 71-ci ilində şəhid edilməsi ehtimal edilən yerdə inşa edilmiş və Müqəddəs Nikolay kilsəsinin inşasına kimi fəaliyyət göstərmiş (təxminən 1870-ci illər) qədim kilsənin yerində rus memarlığı üslubunda inşa edilmişdi. Kilsə yerli dindarların iyanəsi sayəsində inşa edilmişdir. Kiçik sovmə formasında olan kilsənin daxilində Varfolomeyin, o cümlədən digər müqəddəsləri ikonaları yerləşdirilmişdir. Kilsənin divarında asılmış mərmər lövhədə İsanın on iki həvarisindən biri olan Müqəddəs Varfolomeyin məhz bu yerdə şəhadətə qovuşması qeyd edilmişdi. 1936-cı ilə kimi fasiləsiz fəaliyyət göstərmiş kilsə, həmin il SSRİ-də dinlə mübarizə çərçivəsində dağıdılmışdır. 147px| 2 Rəbbin çevrilməsi kilsəsi 17px| Bakı, Qara Şəhər, S. M. Şibayevin neftayrıma zavodunun ərazisi, Nobel prospekti 111 S. M. Şibayevin Qara şəhərdə yerləşən neftayrıma zavodu ərazisində İ. Edelin layihəsi əsasında rus memarlığı üslubunda inşa edilmiş kilsə olmuşdur. Kilsənin əsası 15 dekabr 1891-ci ildə qoyulmuş, 28 mart 1892-ci ildə inşası tamamlanmış kilsənin həsr olunma mərasimi keçirilmişdir. Kilsə inşa ediləcəyi haqqında qərar Bakı dindarlarının sevincinə səbəb olmuş, yerli əhali öz təşəbbüsü ilə iyanə toplamağa başlamışdır. Kilsənin zəngi də bağışlanmışdır. SSRİ dövründə kilsənin fəaliyyəti dayandırılmış, kilsə binası isə texnikum kimi istifadə olunmuşdur. Sonradan bina sökülmüş və yerində mağazalar inşa edilmişdir. 147px|

Mülki binalar