thumb|Ordu korpusunun ilk komandanı Yusif İzzət paşa Osmanlı ordusunun I Qafqaz korpusu (türkcə: I Kafkas Kolordusu ya da I Kafkas Kolordusu), Osmanlı ordusunun ordu korpuslarından biri. Birinci Dünya müharibəsi dövründə yaradılmışdır.

Yaradılması 1916 dekabr, avqust 1917, yanvar 1918 1916 dekabr, avqust 1917, yanvar 1918-ci illərdə korpusun strukturu belə idi:Edward J. Erickson, Order to Die: A History of the Ottoman Army in the First World War, Greenwood Press, 2001, ISBN 0-313-31516-7, p. 154, 170, 181.

Birinci Qafqaz Korpusu IX Qafqaz diviziyası, X Qafqaz diviziyası, 36-cı Qafqaz diviziyası

1918 iyunda strukturu 1918-ci ilin iyun ayında korpusun strukturu belə idi:Edward J. Erickson, Order to Die: A History of the Ottoman Army in the First World War, Greenwood Press, 2001, ISBN 0-313-31516-7, p. 188.

Birinci Qafqaz Korpusu thumb|Ordu korpusunun ikinci və sonuncu komandanı Kazım Qarabəkir paşaIX Qafqaz diviziyası, X Qafqaz diviziyası, XV diviziya

Komandanları General-leytenant Yusif İzzət paşa — 1916–1917-ci illər.T.C Baş Qərərgahı Hərb Tarixi Başqanlığı Yayımları, Türk İstiqlal Müharibəsinə qatılan tümən və daha yuxarı rütbələrdəki komandanların bioqrafiyaları, Baş Qərərgah Nəşriyyatı, Ankara, 1972, səh. 69. (türkcə) Kazım Qarabəkir paşa — 1917 dekabr 27-dən, 1918 dekabrın 25-nə qədər.T.C Baş Qərərgahı Hərb Tarixi Başqanlığı Yayımları, Türk İstiqlal Müharibəsinə qatılan tümən və daha yuxarı rütbələrdəki komandanların bioqrafiyaları, Baş Qərərgah Nəşriyyatı, Ankara, 1972, səh 163. (türkcə)

Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqəsi Qafqaz İslam Ordusu təşkil edilnə zaman onun hərbi birləşmələrinin əksəriyyəti bu ordu korpusunun hissələrindən təşkil edilmişdi. Kürdəmir döyüşü, Göyçay döyüşü və xüsusilə də Bakı döyüşləri zamanı Qafqaz İslam Ordusunun canlı qüvvəyə olan ehtiyacı bu korpusun şəxsi heyəti hesabına təmin edilmişdir.

Bu ordu korpusunun birləşmələri həmçinin Naxçıvanda və ətraf ərazilərdə ermənilərin azərbaycanlılara qarşı soyqırım aktlarının qarşısının alınmasında da iştirak etmişdir.

Ləğvi 1916-cı ilin sentyabrında yaradılan ordu korpusu, 1918-ci ilin oktyabr ayının 21-də Mudros barışığına görə ləğv edilmişdir.Zekeriya Türkmen, Mütareke Döneminde Ordunun Durumu ve Yeniden Yapılanması (1918–1920), Türk Tarih Kurumu Basımevi, 2001 Ordu korpusu ləğv edilsə də şəxsi heyəti Kazım Qarabəkir paşanın rəhbərliyi altında Türkiyə İstiqlaliyyət müharibəsinin sonuna qədər döyüşmüşdür.

İstinadlar

Həmçinin bax Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyəti İkinci Qafqaz korpusu

Kateqoriya:Osmanlı imperiyası tarixi Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi