Yekaterina İvançikova (; doğ. 18 avqust 1987, Çausı, BSSR) — Belarus və Rusiya müğənnisi, "IOWA" qrupunun mahnılarının müəllifi və vokalçısı.

Həyatı Yekaterina İvançikova 18 avqust 1987-ci il Mogilyov vilayətinin Çausı şəhərində anadan olub. 6 yaşından oxumağa başlayıb. İlk əvvəllər yerli estrada dərnəyinə, sonralar isə Mogilyov mədəniyyət evinə gedib. Yuxarı siniflərdə mahnı yazmağa başlayıb və öz qrupunu yaratmaq istəyib. İvançikova ağır musiqi ilə maraqlanırdı və qroulinq texnikasında oxumağa çalışırdı. Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetini bitirib, ixtisasca filoloq və jurnalistdir. STV-nin "Zvezdniy dilijans" () layihəsində iştirak edib. 2008-ci ildə İlya Oleynikovun "Peyğəmbər" müziklində oxuyub. 2009-cu ildə Mogilyovda Leonid Tereşenko və Vasili Bulanovla birlikdə "IOWA" qrupunu təsis etmişdir. 2010-cu ildə qrupun üzvlərilə birlikdə Sankt-Peterburqa köçüb.

Cizgi filmlərinin səsləndirməsilə məşğul olub.

2017-ci ildə Yekaterina İvançikova Amerikanın "System of a Down" rok qrupunun frontmeni Serj Tankyanla birlikdə, "Kolovrat haqqında əfsanə" filminin saundtreki olmuş — "Ölmək üçün gözəl səhər" () mahnısının klipində çəkilib.

Şəxsi həyatı 2016-ci il oktyabrın 12-də Yekaterina İvançikova 9 il ərzində görüşdüyü "IOWA" qrupunun gitaraçısı Leonid Tereşeko ilə ailə həyatı qurub. Toy Kareliya Respublikasında baş tutub. Nikah mərasimi Lumivaara qəsəbəsindəki 1935-ci ilə aid olan kilsədə keçirilib.

Filmoqrafiya İl Adı Rol Qeyd 2013 Superkomanda (cizgi filmi) Laura rus dublyajı 2016 Canavarlar və qoyunlar (cizgi filmi) Lira səsləndirmə, vokal

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rusiya müğənniləri Kateqoriya:Belarus müğənniləri Kateqoriya:XXI əsr müğənniləri