Azərbaycan Xalq Cümhuriyyəti nazirlikləri — Dövlət idarəsinin hər hansı bir sahəsinə rəhbərlik edən mərkəzi hökumət orqanı, həmçinin həmin idarənin yerləşdiyi bina.
Poçt və Teleqraf Nazirliyi link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Khudadat bey Malik-Aslanov 2.jpg|left|thumb|174x174px|Xudadat bəy Məlik-Aslanov
Azərbaycan Xalq Cümhuriyyətinin ilk Poçt-teleqraf naziriAzərbaycan Xalq Cümhuriyyəti Poçt və Teleqraf Nazirliyi ölkənin rabitə müəssisələrinin yaradılmasına və rabitə işinin təşkilinə rəhbərlik edən ali hakimiyyət orqanıdır. Əsası 1918-ci il mayın 28-də qoyulmuşdur. Azərbaycan Milli Şurasının tapşırığı ilə Fətəli xan Xoyskinin yaratdığı 1-ci müvəqqəti hökumət kabinəsində təsis edilmiş ilk poçt və teleqraf naziri vəzifəsinə, eyni zamanda, yollar naziri olan Xudadat bəy Məlik-Aslanov təyin edilmişdi. Həmin il iyunun 17-də F.Xoyskinin Gəncədə təşkil etdiyi 2-ci hökumət kabinəsində də hər iki vəzifənin icrası ona tapşırılmışdı. 1918 ilin sentyabrında Azərbaycan və Türkiyə hərbi hissələrindən ibarət olan Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra F.Xoyski hökuməti Bakıya köçdü və 1918 il oktyabrın 6-da onun 2-ci hökumət kabinəsində dəyişikliklər edilərkən, poçt və teleqraf naziri vəzifəsinin icrası Ağa bəy Aşurova həvalə olundu. Azərbaycan Cümhuriyyəti Parlamenti fəaliyyətə başlayandan sonra parlamentin tapşırığı ilə 1918 il dekabrın 26-da F.Xoyskinin yaratdığı üçüncü hökumət kabinəsində poçt və teleqraf naziri vəzifəsi sosialist Aslan bəy Səfikürdskiyə tapşırıldı. 1919 il aprelin 14-də və dekabrın 24-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü və 5-ci hökumət kabinələrində isə poçt və teleqraf naziri vəzifəsini sosialist Camo Hacınski tutdu.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild, Bakı, "Lider Nəşriyyat", 2004, s. 295–296
Xalq Maarifi Nazirliyi 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının tapşırığı ilə Fətəli xan Xoyskinin yaratdığı Müvəqqəti Hökumət kabinəsi tərəfindən təsis edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1–3-cü kabinələrində maarif naziri Nəsib bəy Yusifbəyli idi. N.Yusifbəylinin təşkil etdiyi 4-cü Hökumət kabinəsində bu vəzifəyə Rəşid bəy Qaplanov, 5-ci Hökumət kabinəsində isə əvvəlcə Həmid bəy Şahtaxtinski, sonra isə Nurməmməd bəy Şahsuvarov təyin olunmuşdu.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, "Lider nəşriyyat", Bakı-2004
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən xalqın maarifləndirilməsinə birinci dərəcəli əhəmiyyət verirdi. XMN öz fəaliyyətinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədərki dövrdə xalq maarifinin vəziyyətinin öyrənilməsi və bu sahədə həyata keçiriləcək vəzifələrin müəyyənləşdirilməsi ilə başladı. Nazirlik xalq təhsilini sürətlə inkişaf etdirmək məqsədilə islahatlar keçirmək üçün qısa müddət ərzində təkliflər hazırlayıb Hökumətə təqdim etdi. Xalq məktəbləri və tədris dairələrinin direktoru vəzifələri ləğv olunaraq, məktəb və təhsil işinin idarə olunması XMN-nin və xalq məktəbləri təlimatçılarının sərəncamına verildi.
Azərbaycan Xalq Cümhuriyyəti Yollar Nazirliyi link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Khudadat bey Malik-Aslanov 2.jpg|left|thumb|174x174px|Xudadat bəy Məlik-Aslanov — Azərbaycan Xalq Cümhuriyyətinin ilk Yollar naziriAzərbaycan Xalq Cümhuriyyəti dövründə vətəndaşların və nəqliyyatını hərəkətini, yüklərin daşınmasını təmin edən yollar şəbəkəsinin fəaliyyətinə rəhbərlik edən ali icra hakimiyyəti orqanı.
1918-ci il mayın 28-də — Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin elan olunduğu gün Fətəli xan Xoyskinin təşkil etdiyi hökumət kabinəsində ilk nazirliklərdən idi. İlk yollar naziri vəzifəsinə hələ Zaqafqaziya Cümhuriyyəti hökumətində yollar naziri işləmiş, dəmir yol işləri sahəsində böyük təcrübəsi olan məşhur ixtiraçı-mühəndis Xudadat bəy Məlik-Aslanov təyin olunmuşdu. Sonrakı dörd hökumət kabinələrində də Yollar Nazirliyi vəzifəsini X.Məlik-Aslanov tutmuşdur. 1919-cu ilin sonuna yaxın Yollar Nazirliyinin strukturuna işlər idarəsi, dəmir yol idarəsi, su və şose yolları idarəsi daxil idi. Bakı Dənizçilik Məktəbi, Azərbaycan dəmir yolunun mühafızəsi idarəsi və Bibiheybət buxtasının torpaqla doldurulması idarəsi də nazirliyin tabeliyində idi.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild, Bakı, "Lider Nəşriyyat", 2004, s. 445–447
Azərbaycanın müstəqilliyi elan edildikdən sonra Gəncədə Azərbaycan Dəmir Yolu İdarəsi yaradıldı. İdarənin ştatları milli mənsubiyyətindən asılı olmayaraq, keçmiş Zaqafqaziya dəmir yolu işçilərinin hesabına komplektləşdirilirdi. Bu dövrdə ölkədə yaranmış anarxiya, xüsusilə Türkiyə ilə müharibə cəbhəsindən qayıdan Rusiya hərbi hissələri ilə baş vermiş münaqişə nəticəsində dəmir yol stansiyalarının yandırılması, texniki avadanlıqların dağıdılması, dəmir yol teleqraf və telefon xətlərinin, cihazlarının zədələnməsi və dağıdılması, buxar qazanlarının, armaturlarının oğurlanması, elektrik işığı vermək üçün lazım olan dinamo maşınlarının, onların avadanlıqlarının oğurlanması və s. işi çətinləşdirirdi. Yalnız Tiflis-Gəncə şəhərləri arasında sərnişin qatarları işləyirdi. Yük qatarları işləmir, Gəncədən Kürdəmirədək ərazi cəbhə xətti hesab edilirdi. Kürdəmirdən Bakıya qədərki dəmir yol xəttində nə baş verdiyindən xəbər yox idi. Hökumət Gəncədə olarkən onun sərəncamında cəmi 651 yük vaqonu (335-i bağlı, 110-u platforma, 206-sı isə sistern), 86 sərnişin vaqonu (çoxunun təmirə ehtiyacı var idi) olmuşdur. Hökumətin sərəncamında acınacaqlı vəziyyətdə olan 77 parovoz var idi. Gəlirin yox dərəcəsində olduğu belə bir şəraitdə hətta, işçilərə əmək haqqı ödəmək belə mümkün deyildi.
1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu tərəfindən Bakı azad olunduqdan sonra Yollar Nazirliyi ilə bərabər dəmir yolu idarəsi də Bakıya köçürüldü. Dəmir yol vaqonlarmın sayı 1152 açıq, 965 platforma, 820 sistern, 194 sərnişin və 153 parovoz hesabına artsa da, sərnişin və yük vaqonlarının yarısından çoxu, parovozların isə 60 faizə qədəri tam yararsız halda idi. Lakin Bakıda emalatxana və lazımi materialların olması dəmir yolunda çatışmayan vəsaitləri və materialları əldə etməyə imkan verirdi. Bakıya köçdükdən sonra nazirliyin neft məhsullarını Türkiyə komandanlığının ünvanına Batuma və Aleksandropola göndərməsi işi intensivləşdirildi. Eyni zamanda, Bakı - Batum neft kəməri bərpa edilərək, onunla neft nəql olunması işi bərpa olundu.
Daxili İşlər Nazirliyi Ölkədə ictimai asayişi, qanunçuluqu və hüquq normalarını qoruyan dövlət orqanı. 918 il mayın 28-də Azərbaycan Milli Şurasının qərarı ilə Fətəli xan Xoyski tərəfindən Tiflisdə təşkil edilmiş birinci Azərbaycan Xalq Cümhuriyyəti Hökumətində F.x.Xoyskinin Nazirlər Şurasının sədri vəzifəsi ilə yanaşı, həm də daxili işlər naziri vəzifəsini icra edirdi. Həmin il Hökumət Gəncəyə köçdükdən sonra iyunun 17-də F.x.Xoyskinin burada təşkil etdiyi ikinci Hökumətdə daxili işlər naziri vəzifəsini Behbud xan Cavanşir tutdu. Noyabr-dekabr aylarında isə Behbud xan Cavanşirin sənaye və ticarət naziri vəzifəsinə təyin olunması ilə əlaqədar daxili işlər naziri vəzifəsini müvəqqəti olaraq general-mayor Məmməd Sadıq bəy Ağabəyov icra etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fəaliyyətə başladıqdan sonra Parlamentin tapşırığı ilə 1918 il dekabrın 26-da F.x.Xoyskinin təşkil etdiyi üçüncü Hökumət kabinəsində daxili işlər naziri vəzifəsi Xəlil bəy Xasməmmədova həvalə olundu. 1919 ilin aprelin 14-də Nəsib bəy Yusifbəylinin dördüncü Hökumət kabinəsində o özü Hökumətin sədri vəzifəsi ilə yanaşı, həm də daxili işlər naziri vəzifəsini icra etdi. 1919 ilin dekabrında N.Yusifbəylinin yaratdığı beşinci Hökumət kabinəsində daxili işlər naziri vəzifəsini əvvəlcə Məmməd Həsən Hacınski, sonra isə Mustafa bəy Vəkilov tutmuşdur.
DİN mürəkkəb tarixi dövrdə ölkədə hökm sürən anarxiyanın qarşısının alınması, qanunçuluğun və hüquq normalarının bərqərar edilməsi, ölkə vətəndaşlarının şəxsi və əmlak təhlükəsizliklərinin təmin olunması, cinayətkarlıqla mübarizə aparılması bununla ölkədə sabitlik yaradılmasında mühüm rol oynamışdır.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 297–298
Dini Etiqad Nazirliyi thumb|227x227px|Nəsib bəy Yusifbəyli
Azərbaycan Xalq Cümhuriyyətinin dini etiqad məsələləri ilə məşğul olan icra hakimiyyəti orqanı. Milli ənənələrə qayıtmaq, əhalinin dini ehtiyaclarını ödəmək məqsədilə yaradılmışdı. 1918 il iyunun 19-da Fətəli xan Xoyskinin Gəncədə təşkil etdiyi 2-ci Hökumət kabinəsində Azərbaycan Cümhuriyyəti Xalq Maarifi və Dini Etiqad Nazirliyi adı ilə formalaşdırılmış və Nəsib bəy Yusifbəyli nazir təsdiq olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918 il sentyabrın 17-də Bakıya köçdükdən sonra oktyabrın 6-da Fətəli xan Xoyskinin 2-ci Hökumət kabinəsində dəyişiklik aparılmış, himayədarlıq və dini etiqad nazirliyi yaradılmış, Musa bəy Rəfiyev nazir təyin edilmişdi. 1918 il dekabrın 26-da Fətəli xan Xoyski 3-cü Hökumət kabinəsini təşkil edərkən himayədarlıq nazirliyi müstəqil nazirlik kimi təsis olunmuş, dini etiqad məsələləri yenə də xalq maarifi nazirliyinə həvalə olunaraq, xalq maarifi və dini etiqad nazirliyi yaradılmış, Nəsib bəy Yusifbəyli nazir təyin olunmuşdu. Nəsib bəy Yusifbəylinin 1919-cu il aprelin 14-də və dekabrın 22-də təşkil etdiyi 4-cü və 5-ci Hökumət kabinələrində də Xalq Maarifi və Dini Etiqad Nazirliyi birlikdə olmuş, nazir vəzifəsini 4-cü Hökumət kabinəsində Rəşid bəy Qaplanov, 5-ci Hökumət kabinəsində isə əvvəlcə Həmid bəy Şahtaxtinski, sonra Nurməmməd bəy Şahsuvarov icra etmişdilər. Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il üçün buraxılmış Ünvan-təqvimində başqa nazirliklərin fəaliyyəti haqqında məlumatlar verildiyi halda, dini etiqad nazirliyi barədə yalnız bunlar deyilmişdir: dini etiqad naziri (o, həm də xalq maarifi naziri idi) Həmid bəy Şahtaxtinski, nazirliyin katibləri Rza Şahbazbəyov və Q.A.Çerqeştov, xüsusi tapşırıqlar məmuru Yusif əfəndi Əfəndizadə və qeydiyyatçı Mahmud Mahmudovdur.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 307–308
Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Nəzarəti Nazirliyi Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkədə icra strukturlarının qərarlarının yerinə yetirilməsi üzərində dövlət nəzarətini təmin edən orqan. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın müstəqilliyi elan edildikdən sonra Fətəli xan Xoyskinin təşkil etdiyi Cümhuriyyətin birinci müvəqqəti Hökumətində dövlət nəzarəti naziri vəzifəsinə sosialist Camo bəy Hacınski təyin olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra 1918-ci il iyunun 17-də F.X.Xoyskinin təşkil etdiyi ikinci Hökumət kabinəsində dövlət nəzarəti naziri vəzifəsinin icrası müvəqqəti olaraq xarici işlər naziri Məmməd Həsən Hacınskiyə həvalə olundu. 1918-ci ilin sentyabrında Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Gəncədən Bakıya köçdü və oktyabrın 6-da F.X.Xoyskinin ikinci Hökumətinin tərkibində dəyişikliklər edilərkən bu vəzifənin icrası Əbdüləli bəy Əmircanova tapşırıldı. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fəaliyyətə başladıqdan (1918, dekabr) sonra Parlamentin tapşırığı ilə Fətəli xan Xoyskinin təşkil etdiyi üçüncü Hökumət kabinəsində dövlət nəzarəti naziri vəzifəsi M.Hacınskiyə həvalə olundu. 1919-cu ilin yanvarında M.Hacınskinin Paris Sülh Konfransına (1919–1920) göndərilən Azərbaycan nümayəndə heyətinin tərkibində xaricə getməsi ilə əlaqədar bu vəzifənin icrası Əliağa Həsənov tapşırıldı. 1919-cu il aprelin 14-də Nəsib bəy Yusifbəylinin dördüncü Hökumət kabinəsində dövlət nəzarəti naziri vəzifəsinə "Müsavat" partiyasından Nəriman bəy Nərimanbəyli, 1919-cu il dekabrın 24-də yenə N.Yusifbəylinin beşinci Hökumət kabinəsində isə "İttihad" partiyasının üzvü Heybətqulu Məmmədbəyov təyin olundu.
Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə Nazirliyi