Fatma Pəsənd xanım () — 34. Osmanlı sultanı II Əbdülhəmidin on birinci xanımı.
Həyatı Çərkəz əsilli olan Fatma Pəsənd xanım Sultan Əbdülhəmidin bacısı Cəmilə Sultanın hədiyyəsi olaraq Ulduz sarayına gəlmişdir. 1896-cı ildə Ulduz sarayında nigahlanan cütlüyün bir il sonra Xədicə Sultan adlı qızları dünyaya gəldi. Ancaq 8 aylıq olan Xədicə Sultan difteriya xəstəliyindən vəfat etmişdi. Sultan Əbdülhəmid qızının vəfatından sonra Osmanlının ilk uşaq xəstəxanası olan Şişli Etfal xəstəxanasını qurdu. Xəstəxananın idarəsi isə 1909-cu ilədək Fatma Pəsənd xanıma tapşırıldı. Sultan Əbdülhəmidin devrilməsindən sonra əriylə birlikdə Salonikiyə getdi ancaq bir il sonra İstanbula qayıtdı. Qayıtdıqdan sonra Vaniköydə yaşayan Fatma Pəsənd xanım sürgün əsnasında ağır xəstə idi. Bu səbəblə ölkəni tərk edə bilmədi və 5 noyabr 1925-ci ildə vəfat etdi. Məzarı Qaracaəhməd məzarlığındadır.
Övladları Xədicə Sultan
Mənbə Açba-Ançabadze, Leyla, Prenses: Harem Hatıraları, İstanbul 2004 Öztuna, Yılmaz: Devletler ve Hanedanlar, Ankara 1989 Uluçay, Çağatay: Padişahların Kadınları ve Kızları, Ankara 1992 Osmanoğlu, Ayşe, Prenses: Babam Sultan Abdülhamid, İstanbul 1994 Osmanoğlu, Şadiye, Prenses: Saray ve Harem Hatıralarım, İstanbul 1969.
Kateqoriya:Osmanlı sultanlarının xanımları