Konya Atatürk stadionu — 1950-ci ildə Konyada açılan çox məqsədli köhnə bir stadiondur. Konyasporun keçmiş stadionudur. Hal-hazırda 22.456 tamaşaçı tutumuna malikdir. 2005-ci ildə stadionda işlər aparılmış, və nəticədə stadionun hamısı kreslo ilə təmin olunmuşdurAjansspor.net haberi. Balıqəsir stadionu ilə bərabər Türkiyədə velosiped pisti olan 2 stadiondan biridir.

7 may 2014 tarixində Türkiyə kuboku finalı 2014-də ev sahibliyi etdi. Qalatasaray ilə Əskişəhərspor qarşılaşmasında Qalatasaray qalib olmuşdur. Beləcə Qalatasaray kuboku 15-ci dəfə öz muzeyinə apardı.

Atatürk stadionunda son oyun 11 may 2014-cü ildə olub. Bu oyun Kayserispor və Konyaspor arasında olmuşdur. Konyaspor oyunlarını Konya Böyükşəhər Bələdiyyəsi Stadionunda oynayır.

İstinadlar

Kateqoriya:Konyada yerləşən stadionlar Kateqoriya:Konyaspor Kateqoriya:Anadolu Səlcuqspor