Balta — Rəvan Muradovun rejissor və ssenaristi olduğu "Crambone Inventive League" ilə "Nicat Manafov Entertainment"ın (NME) birgə istehsalı olan və 6 fevral 2018 tarixindən 7 iyun 2021-ci ilə kimi internetdə yayımlanan dram, komediya və fantastika janrlarını özündə birləşdirən müasir Azərbaycanın ilk professional animasiya serialı.
Serialda baş qəhrəman İsmayılın "bir baltaya sap olmaq" üçün atıldığı sərgüzəştlərdən söhbət açılmışdır. 2021-ci il 7 iyun tarixində 38 dəqiqəlik final seriyası yayımlanıb.
Məzmun "Balta" animasiyası Azərbaycan gəncinin gündəlik həyatda yaşadığı problemlərə yumoristik və absurd şəkildə yanaşma göstərən yetkinlər üçün cizgi serialdır. Hekayə bu günə kimi böyüdüyünün fərqində olmayan, avara baş qəhrəmanımız İsmayılın öz ailəsinin güvənini qazanmaq və sevdiyi qız Cananı əldə etmək üçün çox pul qazanmalı olduğunu dərk etməsiylə başlayır. İsmayılın pul qazanmaq üçün əl atdığı yollar bizi macəralardan-macəralara aparır. Azərbaycan dilində, sosial şəbəkələrdə və internet mediasında yayımlanan "Balta" animasiyası 4K keyfiyyəti ilə ümumilikdə 20 nəfərlik komandanın əməyi nəticəsində ərsəyə gəlib.
Yaradıcı heyət Rejissor və ssenarist: Rəvan Muradov Art direktor: Əmrah Niyazalı Marketoloq: Elçin Hüseynov Animatorlar: Vüsal Kərimov, Fərman Dadaşov, Seymur Abdullayev Proyekt menecer: Nicat Manafov Qrafik dizayner: Nihad J Layihə məsləhətçisi: İlkin Yusif
Personajlar İsmayıl: Hekayənin əsas qəhrəmanı olan İsmayıl 23 yaşında pul qazanmaq üçün yollar axtarır. Musa: İsmayılın kiçik qardaşı. Hüseyn: İsmayılın atası. Baba: İsmayılın babası. Mələk: İsmayılın anası. Canan: İsmayılın sevdiyi qız.
Səsləndirmə İsmayıl — Teymur Eyvazov Musa — Elvin İbrahimov (Elvin İbra) Hüseyn — Teymur Eyvazov Baba — Firuddin Əliyev Mələk — Aytac Əlimirzəyeva (sonradan Şənay Nəbisoy) Canan — Aytac Əlimirzəyeva (sonradan Şənay Nəbisoy)
Köməkçi personajlarda Taleh Yüzbəyov, Əlixan Rəcəbov və Erkin Erginin də səsləndirmələri var.
Mükafatlar MilliNet – 2018 — İlin ən yaxşı "Youtube" layihəsi
Netty Awards – 2019 — İlin ən yaxşı onlayn video-layihəsi Animafilm - 2021 — Serial IV ANİMAFİLM Beynəlxalq Festivalının müsabiqə proqramında iştikak edib.
Qeydlər
İstinadlar
Xarici keçidlər
Balta (cizgi-serial, 2018) — Internet Movie Database saytında
Kateqoriya:2018-ci ilin Azərbaycan teleserialları Kateqoriya:Azərbaycan cizgi filmləri Kateqoriya:Əlixan Rəcəbov